Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (17-04-2018, 10:29)
150 manat görə adam öldürənlərin məhkəməsi keçirilib - FOTO

150 manat görə adam öldürənlərin məhkəməsi keçirilib - FOTO

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Vüqar Əlizadə və İlham Əliyevin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mediatv.az-ın məlumata görə, 2016-cı il noyabrın 28-də DİN məlumat yayıb ki, Maştağa qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Vüqar Əlizadə tanışı 1993-cü il təvəllüdlü Kamran Quliyevə bıçaqla zərbələr vuraraq, onu qətlə yetirib. 

Cinayəti törədən şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

İstintaqın gedişatında məlum olub ki, hər iki şəxs fərdi qaydada fəhləliklə məşğul olub, Kamran Vüqardan bir müddət əvvəl borca 150 manat pul alıb. Ayın 27-də növbəti dəfə qəsəbədə görüşərkən sonuncu tanışından təkidlə borcunu tələb edib, lakin Quliyev imkanının olmadığını və ona bir neçə gün möhlət verməsini xahiş edib.

Bununla Əlizadə razılaşmayıb, ona kifayət qədər gözlədiyini deyib. Bir-birinin ünvanına işlətdikləri söyüşlərdən sonra, əlbəyaxa dava başlayıb və Vüqar Kamrana 12 bıçaq zərbəsi endirərək, onu qəsdən öldürüb.

İstintaqın gedişatında təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə Vüqar Əlizadəyə kömək edən tanışı İlham Əliyev də cəlb olunub. 

Məhkəmə prosesində şahidlər Nicat Abdulov və Amil Nuriyevin gəlmədiyi elan olunub. Məhkəmə şahidlərin prosesə məcburi gətirilməsi barədə qərar çıxarıb.

Növbəti iclas aprelin 26-na təyin edilib. 

Qeyd edək ki, əvvəlki məhkəmə proseslərində təqsirləndirilən şəxslərin ifadələri dinlənilib. 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024