Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-09-2018, 13:17)
“Qaçqınkom”a qarşı ittihamlar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı yenidən köçkünlər üçün tikilən evlərin ədalətsiz paylanılmasına dair ittihamlar irəli sürülüb.


BakuPost xəbər verir ki, ittihamlarla 1992-ci ildə Füzuli rayonundan məcburi köçkün düşmüş və 26 ildir, Beyləqan şəhər, DMD-42 qəsəbəsində yaşayan 2 ailə çıxış edib.

Şəraitsizlikdən dad edən Məmmədovlar və Əliyevlər ailəsi deyir ki, illərdir, məskunlaşdıqları rayonda keçmiş yağ-pendir zavodunun duz anbarında yaşayırlar.

Əliyevlər ailəsinin başçısı Siyavuş Əliyevin sözlərinə görə, hazırda rayonda qaçqın və məcburi köçkünlər üçün ev tikilir. Lakin duz anbarında yaşayan bu 2 ailə indidən onlara ev verilməyəcəyini sezib. Buna səbəb isə "Qaçqınkom”un Beyləqan üzrə yerli nümayəndəsinin sözləri olub. Belə ki, ailələr Beyləqanda yeni qaçqın qəsəbəsi salındığı eşitdikdən sonra "Qaçqınkom”a üz tutub. Onlara "bu evlərin sizə dəxili yoxdur, sizin üçün tikilmir” deyilib.

"Rayonda məcburi köçkünlər üçün 145 ev tikilir. Artıq bünövrəsi qoyulub. Amma bizə ev veriləcəyinə ümid etmirik. Neçə dəfə siyahı tutublar, hər dəfə bizə deyirlər ki, sizə ev veriləcək, amma 25 ildir, vermirlər. Mənim 4 ailə üzvüm var, 5-ci də gəlinimdir. Bu qədər adam 1 otaqlı evdə yaşayırıq. Şəraitimiz dözülməzdir.

"Qaçqınkom”un yerli nümayəndəliyinə müraciət etmişik, deyirlər, bizlik deyil. Bu işləri paytaxtdan həll edirlər”, - deyə S. Əliyev bildirib.

Məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı zavodun ərazisini Elbrus adlı iş adamı alıb. Biznesmen burada yeni iş qurmaq istəsə, ailələr çöldə qalacaq.

Əliyevlərlə Məmmədovlar bu məsələ ilə bağlı da "Qaçqınkom”un yerli nümayəndəliyində olublar. Lakin onlara verilən cavabdan şoka düşüblər:

"Bizə dedilər ki, zavodun ərazisini kim alıbsa, ona deyin, sizə ev tiksin, sonra çıxarsın. Bəs prezident İlham Əliyevin sərəncamı ilə tikilən mənzillər kimə paylanılır? Ölkə başçısı bu evlərin bizə verilməsi barədə tapşırıq verib. Ən birinci də acınacaqlı şəraitdə yaşayan ailələrə paylanılması tapşırılıb. Bəs biz niyə ala bilmirik? Külək oldu, evimin şiferini, damını apardı. Bütün qışı evə yağış suyu tökülüb. "Qaçqınkom”dan həmin vaxt gəlib baxdılar. Qurumun buradakı nümayəndəsi girib bu komaya, deyir ki, "sən məndən yaxşı vəziyyətdə yaşayırsan”. Elə bil o qədər obyektlərin sahibi bu yox, mənəm.

Bizə başqa variant qoymurlar, istəyirik İran, Türkiyə səfirliyinə müraciət edib, sığınacaq alaq. 25 il küçədə yaşamaq nə deməkdir?”

Ailələr iddia edir ki, illərdir, paytaxtda yaşayan və hər bir şəraiti olan ailələr yeni mənzillərin tikildiyini eşidib, yenidən Beyləqana qayıdıblar:

"Sağlıqlarına qismət, əksəriyyətini özünə ev, maşın alıb, iş qurub, amma eşidiblər ki, məcburi köçkünlər üçün evlər tikilir, yığışıb gəliblər. Guya illərdir, burada yaşayırlar.

Bu zavodun ərazisində 53 ailə var, hansına deyirik ki, gəlin çıxaq mətbuata, şikayət edək, "Qaçqınkom”a gedək, heç biri razı olmur. Qaçırlar. Qaçırlarsa, məlum məsələdir ki, onlara ev alacaqları vədi verilib. Hamısı da boxçasını yığıb oturub. Bircə Vüqarla mənə heç nə demirlər”.

S. Əliyevlə duz anbarını bölüşən digər ailənin başçısı Vüqar Məmmədov da qonşusundan fərqli şəraitdə yaşamır. Qonşular "Qaçqınkom”dan komissiya yaradılmasını, gəlib onların daxmalarına, şəraitlərinə baxış keçirilməsini və ədalətli qərar verilməsini istəyirlər: "Gəlib baxsınlar. Əgər mənə ev düşmürsə, onda ev verilsə də imtina edəcəyəm. 2 il əvvəl ev paylananda camaat yola çıxıb, maşınların qabağını kəsmişdi. Onda "Qaçqınkom”un sədri gəldi, evimə baxdı. Dedi ki, "ürəyim ağrıdı, xahiş edirəm bircə il gözlə, ilk tikilən evi sənə verəcəyik”. O sözdən sonra 2 ildir, gözləyirəm. İndi ev tikilməyə başlayıb, getdim yanına, deyir ki, sənin üçün tikilmir. Deyirəm niyə mənim üçün deyil? Deyir ki, mənim səlahiyyətimdə deyil, onu paytaxtdan həll edirlər, onlar məndən böyükdür. Mənim də ailəm 4 nəfərdən ibarətdir. 1 otaqda qalırıq. Özü də necə şəraitdə. Uşaqlar, yoldaşım revmatizm tutub. Belə yerdə hər cür xəstəliyə tutulmaq olar.

O qədər aldadılmışıq ki, yoldaşım deyir, bu dəfə də bizə ev verilməsə, benzin töküb özümü yandıracağam. O dərəcəyə çatmışıq”

 “Qaçqınkom”a qarşı ittihamlar

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024