Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-06-2018, 14:21)
Azərbaycanlı milyarderdən 2 milyon dollarlıq qətl sifarişi

Moskva vilayət məhkəməsində Telman İsmayılovun qardaşı, sifarişli qətllərdə ittiham olunan biznesmen Rafiq İsmayılovun işi üzrə məhkəmə prosesi başlayıb.

Mediatv.az-ın Rusiya KIV-lərinə istinadən məlumatına görə, R.İsmayılov keçmiş ortağı Vladimir Savkinin və onun dostu, “Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brilyovun qətlində ittiham olunur.

İttiham aktına əsasən İsmayılov Savkinlə şərik olduğu ticarət mərkəzini satıb, ancaq ortağına çatmalı olan milyonlarla dolları verməyib. Əvəzində onu öldürmək sifarişi verib. Qətli killer Mehman Kərimov törədib. O, hadisə zamanı təsadüfən Savkinlə birlikdə olan Brilyovu da güllələyib. Məhkəmənin ilk iclasında məlum olub ki, baş verən qətl hadisəsindən Telman İsmayılov əvvəlcədən xəbərdar olub. İstintaq sübut edib ki, Savkin və Brilyovun aradan götürülməsi üçün azərbaycanlı milyarder 2 milyon dollar ayırıbmış. Onu da qeyd edək ki, bu sifarişli qətllərdə Rafiq İsmayılovla birlikdə onun digər qardaşı Vaqif İsmayılov da ittiham olunur. Həm Telman, həm də Vaqif İsmayılovun barələrində axtarış elan edilib.

Xatırladaq ki, “AST Telman” ayaması ilə məşhur olan yəhudi əsilli Telman İsmayılov Azərbaycanın Göyçay rayonundandır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024