Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-04-2018, 11:33)
Eldar Mahmudov ifadə verəcək

Eldar Mahmudov ifadə verəcək

 

Bu gün Yasamal rayon Məhkəməsində keçmiş MTN naziri, general-polkovnik Eldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.

Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə baş tutun iclasda E.Mahmudovun məhkəməyə gəlmədiyi bildirilib. “MTN işi” üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev iddia ərizəsində qanunsuz olaraq həbs edilməsinə görə nazir E.Mahmudovdan mənəvi təzminat kimi 100 min manat tələb edib. 

Məhkəmə zalında E.Mahmudovun qaynı olduğunu bildirən şəxs keçmiş nazirin məhkəməyə verilməsi haqda dünən məlumat aldığını deyib. Buna görə iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə prosesdə iştirak etmək üçün onlara vaxt verilməsini istəyib. Hakim qeyd edib ki, qanunverciliyə edilən dəyişikliyə əsasən nümayəndə yalnız Vəkillər Kollegiyasının üzvü ola bilər. 

M.Mustafayev vəsatət verərək E.Mahmudovun prosesdə iştirak etməsini istəyib. Hakim onun vəsatətini təmin edib və növbəti iclasda cavabdeh Mahmudovun iştirak etməsi üçün prosesin mayın 3-də davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində qanunsuz olaraq silah saxlamaqda ittiham edilərək 2 il müddətinə azadlıqdna məhrum edilib. Onun qardaşı polkovnik Malik Mustafayev MTN-də yüksək vəzifə tutub. Mətləb Mustafayevin həbsindən 2  gün sonra Malik Mustafayev özünü asaraq intihar edib. E.Mahmudov vəzifədən çıxarılandan və MTN generalları həbs ediləndən sonra Mətləb Mustafayev bəraət alaraq azadlığa çıxıb.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024