Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (24-09-2018, 13:30)
Deputat: Niyə Azərbaycanda valyutadəyişmə məntəqəsi yoxdur?

Deputat: Niyə Azərbaycanda valyutadəyişmə məntəqəsi yoxdur?

 

Bu gün Azərbaycanda bir dənə də olsun valyuta əyişmə məntəqəsi yoxdur. Axı, niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur.

Mediatv.az-ın  məlumatına görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edən deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, banklar şənbə və bazar günləri işləmir:

“Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə dəyişsin? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harada var? Onlar əlində olan pulu dəyişmək üçün əziyyət çəkir. Niyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?” 

R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib.

“Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər olmasa, bununla bağlı açıqlama verin.  Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”.

Millət vəkili Vahid Əhmədov da bunun ciddi bir problem olduğunu və insanlarda narazılıq yaratdığını bildirib.

O, qeyd edib ki, bu məsələ artıq həlli tapmalıdır, bəhanələrə son qoyulmalıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024