Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-07-2018, 15:30)
Səfir: "Rəşt-Astara dəmir yolu regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək"

Səfir: "Rəşt-Astara dəmir yolu regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək"

 

Rəşt-Astara dəmir yolunun yekunlaşması və istismara verilməsi regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək.

Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Gilan vilayətində dövlət və özəl sektor nümayəndələrinin birgə görüşü zamanı deyib.

İran Prezidenti Həsən Ruhaninin layihə üzrə işlərin sürətləndirilməsi ilə bağlı tövsiyəsini xatırladan səfir qeyd edib ki, dəmir yolu və ondan istifadə "nəhəng neft quyusu"na bərabərdir.

C.Cahangirzadə bildirib ki, kənd təsərrüfatı məhsulları və digər yüklərin ixracından başqa, dəmir yolu yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək.

Diplomat əlavə edib ki, İran və Azərbaycan arasında illik əmtəə dövriyyəsi hazırda 500 milyon dolları ötür.

Qeyd edək ki, Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı əlaqələndirməyə hesablanmış, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirəcək Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir.

İlkin mərhələdə bu dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024