Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (29-05-2018, 11:31)
Cənub Qaz Dəhlizinə ilk qaz vurulub

Cənub Qaz Dəhlizinə ilk qaz vurulub

 

Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasını bildirən açarı işə salıb.

Mediatv.az-ın məlumatına görə, bununla da, Cənub Qaz Dəhlizində Trans-Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.

İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi tədbir keçiriləcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz Qaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir.

Dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024