Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-05-2018, 16:30)
Neftin bahalaşmasından qazananlar və itirənlər

Neftin bahalaşmasından qazananlar və itirənlər

 

 

 

“Financial Times” xam neftin qiymətinin 80 dollara yüksəlməsindən qazanan və itirən sektorları açıqlayıb. 

Mediatv.az xəbər verir ki, neftin bahalaşması istehsalçıların büdcə gəlirlərini artırsa da, istehlakçıların xərclərini bir o qədər çoxaldıb.  

Qazananlar 

Bildirilir ki, qazananlar, əsasən, enerji şirkətləri olub. Şirkətlər təkcə satışdan gəlir əldə etməyiblər. Bu müəssisələrin birjalardakı hissələri də bahalaşıb. 

Bundan əlavə, neftin qiymətinin yüksəlməsi gəlirlərini bu əmtəənin hesabına formalaşdıran dövlətlərin büdcə kəsirlərinin azalacağına dair gözləntiləri artırıb. Konkret olaraq, 2016-cı ildə büdcə kəsiri 12,8 faiz olan Səudiyyə Ərəbistanında bu rəqəmin 7 faizə düşməsi proqnozlaşdırılır. 

İtirənlər 

Hava yolları, eləcə də, digər istehlakçı ölkələr, şirkətlər neftin dünya bazar qiymətinin artımından itirənlərin siyahısındadırlar. 

Nəzərə alsaq ki, hava yolları şirkətlərinin yanacaq xərcləri ümumi xərclərin 33 faizinə bərabərdir, neftin bahalaşmasının biletlərin qiymətinə təsir edəcəyi istisna olunmur.

Daşıma şirkətlərinə gəlincə, onlar neft hasilatının azalması səbəbindən yanacaq istifadəsini aşağı salmışdılar. Bazardakı ani bahalaşma bu sektoru - gəmiçilik sektorunu mənfi təsirə məruz qoyacaq.  

Yeri gəlmişkən, Hindistanın Neft Nazirliyi neftin qiymətindəki artımın böyük istehlakçılara mənfi təsir edəcəyini açıqlayıb. Konkret olaraq, ABŞ-da artıq benzinin dəyəri ötən illə müqayisədə 25 faiz bahalaşıb. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024