Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-01-2015, 10:12)
Azərbaycanda qızıl bahalaşdı

Artımın davam edəcəyini gözlənilir; ekspertlər bu sahəyə sərmayə qoyuluşunu təklif edir...


Azərbaycanda qızıl məmulatları bahalaşıb. Belə ki, paytaxt Bakının böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində xeyli artım müşahidə edilir. Artım təxminən 23-30 faiz təşkil edir. Lent.az-ın məlumatına görə, satıcılar qiymətin artmasına səbəb kimi, Vergi Məcəlləsində edilmiş son dəyişiklikləri əsas gətirirlər.


Qeyd edək ki, iqtisadçılar da qızılın bahalaşmasını qaçılmaz hesab edir. Bunun əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan analoji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı, bu il yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılmasıdır.

İqtisadçı Samir Əliyev məsələ ilə bağlı musavat.com-a bildirib ki, qızılın bahalaşması davam edəcək: “Azərbaycanda qızılın bahalaşması vergi qanunvericiliyinə edilmiş dəyişikliklə bağlıdır. Əsas vergi yükünün nə qədər artması deyil. İstənilən artım xəbəri bazara mənfi təsir göstərir və qiymətləri artırır. Eyni zamanda dünya bazarlarında da qiymətlər artır.

 Ötən il qızıl ilboyu kəskin dəyişsə də, ilin sonuna ilin əvvəlindəki həddə düşdü. Bu il isə əhəmiyyətli artım nümayiş etdirir. İlin əvvəlinə 1206 dollardan hazırda 1256 dollara qədər bahalaşıb. Proseslər bahalaşmanın davam edəcəyini göstərir. Həm vergi, həm də bazarlarda qızılın bahalaşması ölkədə qızılın bahalaşmasını şərtləndirir. Çünki Azərbaycanda qızıl, xüsusən də zinət təyinatlı istehsal olunmur. Biz idxaldan və deməli, dünya bazarındakı qiymətlərdən asılıyıq. Yanvarın ilk yarısı qızıl 4 faizə qədər bahalaşıb. Proqnozlar artımın davam edəcəyini göstərir. Deməli, Azərbaycanda ucuzlaşmanı gözləmək olmaz”.

İqtisadçı Qubad İbadoğlu isə məsələ ilə bağlı deyib ki, hazırda Azərbaycanın daxili bazarında sürətlə bahalaşan qızıldır: “Əldə olunun məlumatlara görə, qiymətlərin artım səviyyəsi son 1 ayda 20-30 faiz səviyyəsində olub. Bu dəyişikliyi şərtləndirən səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar. Birincisi, Azərbaycanda əhalinin əmanətlərində gələn gəlirlərin bu ildən başlayaraq vergiyə cəlb edilməsi ikili effekti yaratmaqdadır. Bir tərəfdən ildən-ilə aşağı düşən faiz gəlirləri ilə yanaşı, əldə edilən gəlirlərin 500 manatından çoxuna 10 faiz vergi qoyulması, eləcə də milli valyutaların qonşu ölkələrdə dəyərsizləşməsinin Azərbaycan manatına psixoloji təsirləri əmanət bazarına sərmayə qoyulmasına marağı azaldır. 



Eyni zamanda əmanətlərin banklardan geri çəkilməsi prosesi də gedir. Bu halda əhalinin əlində cəmləşmiş sərbəst vəsaitlər yeni və sərfəli bazarlar axtarır. Bu halda Azərbaycanda 2 ənənəvi alternativ bazarda investisiya imkanları nəzərdən keçirilə bilər. Onlardan biri əmlak bazarıdır ki, bu bazarda da qiymətlərin ucuzlaşması tendensiyası başlayıb. İkinci bazar isə qızıl bazarıdır ki, orada əksinə, qiymətlərin bahalaşması prosesi müşahidə olunur. Bu prosesə dünya bazarında bu ildən başlayaraq qızılın artan qiymətləri də təsir göstərir. Belə ki, qızıl bazarında ötən il sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib”. 

Ekspertin sözlərinə görə, hazırda 1 troya unsiyası qızılın qiyməti 1257 ABŞ dollarıdır ki, bu da 20 gün bundan əvvəlki qiymətdən 70 dollar yuxarıdır: “Nəhayət, bu bazarda qiymətlərin artımını şərtləndirən daha bir amil Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, aksiz dərəcələrinin qaldırılmasıdır. Bütün bunlar da qızılın bazarda qiymətlərin daha yüksək sürətlə artımına gətirib”.



Ekspert Vüqar Bayramov isə qeyd edib ki, ölkədə qızılın qiymətində artımların olması gözləniləndir: “Qızılın qiyməti dünya bazarında son ayların ilk rekorduna imza atıb. Qiymətli daş-qaşın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarlıq həddi yenidən keçib. İndi dünya bazarında qızılın 1 qramı 40,65 dollara, unsiyası isə 1265 dollara təklif edilir. Dəyərini son günlər 2 faiz artıra bilən qızıl son ayda 6 faiz bahalaşıb. Qızıla tələbatın artması onun dünya bazar qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər. 24,7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181,9 tona çatdırıb. MDB-nin digər üzvü olan Rusiya isə 7,23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib”.

Ekspertin sözlərinə görə, 2012-2014-cü illərdə qızılın dünya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb: “Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır.

Qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır." (

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024