Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (1-12-2014, 15:15)
Mahmud Qurbanovdan üsyan

"Niyə bəzi yerli məşqçilər Berti Fotqs Makisim Medvedevi dayaq yarımmüdafiəçisi kimi oynadanda, Bədavi Hüseynovun mövqeyini dəyişəndə ağızlarına su alıb durmuşdular? Heç efirdə, mətbuatda almanı tənqid etmirdilər. Hələ deyirdilər ki, Foqts düz edir. Peşəkar futbolçu hər mövqedə oynamalıdı. Ancaq Dmitri Nazarovu meydana buraxmamışam deyə məni, az qala xalq düşməni çıxarırlar"

 

Mediatv.az "Futbol+" qəzetinə istinadən xəbər verir ki, bu sözləri Norveçlə oyunda millimizə rəhbərlik edən Mahmud Qurbanov deyib.
Qurbanov tənqidlərə cavab verib: "Çox maraqlıdı ki, 6 il səsi çıxmayan mütəxəssislər Norveçlə oyundan sonra bülbül kimi cəh-cəh vurmağa başladılar. Bu da mənə çatmır. Görəsən, niyə üzdə “Mahmud, sən hər şeyi düz etmişdin” deyən bəzi yerli məşqçilər gedib başqa yerlərdə dalımca danışırlar? Sözün var, səhvim var, kişi kimi üzümə söylə! Hamısı da yaxşı bilirdi ki, Mahmud yalnız bir oyunda milliyə rəhbərlik edəcək".
"6 ildi danışmağa özündə cürət tapmayanlar noyabrın 17-dən ağızlarını açıb, gözlərini yumublar. O da maraqlıdır ki, məni tənqid edənlər, heyəti müəyyənləşdirərkən səhv etdiyimi söyləyənlər nədənsə, oyundan öncə və sonra Norveçi ictimaiyyətə zəif rəqib kimi qələmə verməyə çalışırdılar” deyə Qurbanov əlavə edib.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024