Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (1-11-2018, 12:00)
Azərbaycanın 3 kişi şahmatçısı FIDE reytinqində irəliləyib

Azərbaycanın 3 kişi şahmatçısı FIDE reytinqində irəliləyib

 

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Mediatv.az report.az-a istinadən xəbər verir ki, kişi şahmatçıların ilk "100-lüy"ündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədə qalıb. Siyahıya 2835 xalla norveçli Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla 2-ci yerdədir.

Dörd pillə irəliləyərək, 14-cü sıraya yüksələn Teymur Rəcəbovun 2757 xalı var. Arkadi Naydiç 2736 xalla 20-cidir. O, mövqeyini 9 pillə yaxşılaşdırıb. Altı pillə irəliləyən Rauf Məmmədov 2699 xalla 40-cı sıradadır.

Eltac Səfərli 2671 xalla 72-ci yerdədir. O, 5 pillə geriləyib. Qədir Hüseynov isə 8 pillə enib. O, 2664 xalla 82-ci sıradadır.

Qadınların "100-lüy"ündə isə Azərbaycan şahmatçılarının sayı 3-ə yüksəlib. 13 pillə geriləyərək 2422 xalla 46-cı yerdə qərarlaşan Günay Məmmədzadəyə Xanım Balacayeva və Gülnar Məmmədovaqoşulub. Onlar müvafiq olaraq, 2397 xalla 63-cü və 2368 xalla 97-ci sıradadırlar.

Qadınların siyahısına 26 58 xalla çinli Hou İfan başçılıq edir.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024