Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (12-07-2018, 12:10)
Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

 

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusuyla toqquşması faktı ilə bağlı cinayət işi başlanıb.

Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda ağır yol qəzası baş verib.

"90-OJ-802" dövlət nömrə nişanlı yük maşını Bakı istiqamətində hərəkət edərkən "10-TF-383" dövlət qeydiyyat nişanlı 149 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Baş verən ağır avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər 1 saylı Respublika Klinik Xəstəxanasına, 2 nəfər isə Ələt qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.

Hadisə yerində 3 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024