Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (26-05-2014, 15:43)
Masallıdakı ölüm faktı kəndi şoka salıb

Masallıda 3 uşaq anasının ərini öldürməsi kəndi şoka salıb

 

Masallıda ötən gün baş verən hadisə Qəriblər kənd sakinlərini şoka salıb. Gecə saat 04.00 radələrində rayonun Qəriblər kənd sakini, 30 yaşlı Gülnarə İsmayıl qızı Əzizova ailə münaqişəsi zəminində əri, 30 yaşlı Azər Azadxan oğlu Ağayevi yatan yerdə kürək nahiyəsindən bıçaq zərbəsilə öldürüb. 
Qətlə yetirilmiş Azər Ağayevlə hadisəni törədən həyat yoldaşı Gülnarə Əzizova doğma dayıoğlu, bibiqızıdır. 12 ildir ki, ailə həyatı quran cütlüyün 3 övladı da var. Ər-arvad arasında indiyədək ciddi problemin yaşanmadığını deyən qohumlar, baş verənlərdən şoka düşdüklərini bildirirlər.
Qətlə yetirilmiş şəxsin əmisi oğlu İmran Nəzərovun sözlərinə görə, qapını sındırıb içəri girəndə evin ortasında, yorğanın altında nə isə olduğunu görüblər. “Yorğanı qaldırdım, gördüm ki, Azər Ağayev 16-17 sm. uzunluqda bıçaqla arxadan vurulub. Elə vurulan kimi də rəhmətə gedib”.
Azər Ağayevin atası Azadxan kişi, bacısı qızı və gəlini olan Gülnarə Əzizova tərəfindən belə ağır cinayətin törədilməsinə inanmadığını deyir.
Təqsirləndirilən şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilən Gülnarə Əzizova verdiyi ilkin ifadəsində törətdiyi əməli etiraf edərək, ərinin tüfeyli həyat tərzi keçirdiyini və mütəmadi olaraq ona işgəncə verdiyini deyib. Hadisə baş verən gecə də içkili vəziyyətdə əri tərəfindən döyülən qadın çıxış yolunu onu yatan yerdə bıçaqlamaqda görüb. Kürək nahiyəsindən bir bıçaq zərbəsi alan Azər hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, istintaq qətlin təfərrüatlarını araşdırır.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024