Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Karusel (14-04-2014, 23:59)
İranda qəzaya düşən zəvvarlarımız vətənə qayıtdılar

 

Ötən gün İranın Ərdəbil vilayətində qəza keçirən azərbaycanlı zəvvarların hamısı vətənə dönüb. "Səhər" telekanalının verdiyi məlumata görə, məsələ İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin işə qarışması ilə öz həllini tapıb. Belə ki, Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsində pasportları yanmış 9 zəvvara ölkəyə qayıtmağa icazə verilməyib və onlardan Azərbaycanın İrandakı səfirliyi vasitəsilə yeni pasport almaları üçün Tehrana getmələri istənilib. Bu səbəbdən digər zəvvarlar ölkələrinə qayıtsalar da, qalan 9 nəfər İranın Biləsuvar sərhəd-keçid məntəqəsində gecələmək məcburiyyətində qalıblar. İranın Azərbaycandakı səfirliyi həmçinin zəvvarlara kompensasiya ödənəcəyini açıqlayıb.
Qeyd edək ki, aprelin 13-də azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də qəzaya uğrayıb. Hadisə Azərbaycan vətəndaşlarının Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman baş verib. Qəza nəticəsində yanğın baş verən "Scania 86" markalı avtobusda 42 sərnişin olub. Onlar dərhal avtobusdan təxliyə olunub. Zəvvarlardan 6 nəfəri yüngül bədən xəsarətləri aldığı üçün xəstəxanaya çatdırılıblar və ilkin tibbi müayinədən sonra Ərdəbilə aparılaraq Azərbaycana yola salınıblar.
Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də Kərbəla və Nəcəf ziyarətinə yollanan azərbaycanlı zəvvarlara müraciət edib. QMİ-nin mətbuat xidməti son günlər Kərbəla və Məşhəddən qayıdarkən qəzaya uğrayan azərbaycanlı zəvvarlarla bağlı bildirib ki, idarə artıq bir neçə ildir bölgədə baş verən gərginliklə əlaqədar təhlükəsizlik baxımından adıçəkilən müqəddəs yerlərə Azərbaycandan ziyarətlər təşkil etmir: "Bu səbəbdən orada baş verən hansısa hadisəyə görə məsuliyyət daşımırıq".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024