Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (6-12-2018, 10:42)
Saçı qırxılan gəli̇ni̇n anası: Qızımı belə görəndə şok keçirdim

 Bir neçə gündür müzakirələrə səbəb olan, sosial şəbəkələrdə ərinə xəyanət etdiyinə görə saçının qırxılması videosu yayılan qadının anası danışıb.
Mediatv.az “Xəzər” TV-yə istinadən məlumatına görə, ana deyib ki, qızını əri evindən Mingəçevirə gətirəndən sonra bu məsələdən xəbəri olub.
Qızı ilə bağlı videoları isə sosial şəbəkələrdə görüb. Bəs görəsən, gənc qadının başına gələn bu hadisənin səbəbi, həqiqətənmi, xəyanətdir?
Məlum olub ki, 24 yaşlı Günel Mirəliyeva hazırda Rusiya vətəndaşı olan Elnur Həsənovla 2013-cü ilin aprel ayında ailə həyatı qurub. Bu, Elnurun ikinci evliliyi olub, həm də onlar qohum olublar. Saçları qırxılan gənc qadının anası Xalidə Malışova deyir ki, onlar ailə həyatı qurandan yola getməyiblər.
2015-ci ildən bəri Günel Mingəçevirdə atası evində qalırmış. Bu ilin sentyabrında yenidən həyat yoldaşı onu Rusiyaya aparıb. Bir müddət sonra isə xəyanətə görə əri və onun ailə üzvləri tərəfindən saçları qırxılıb. Sonra isə anasına xəbər verilərək qızını aparmalarını istəyiblər.
Xalidə Malışova bildirir ki, belə hadisədən Günelin valideynlərinin xəbəri olmayıb. Qızını Mingəçevirə gətirəndən sonra biliblər. Videonu da kürəkəninin ailəsi bilərəkdən yayıb.
Qadının anası Xalidə Malışova dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018

{sape_links}{sape_article}