Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (12-06-2018, 08:39)
Tramp və Kim Çen In arasında görüş başa çatdı (FOTOLAR, VİDEO, YENİLƏNİB)

ABŞ prezidenti Donald Trampla Şimali Koreya prezidenti Kim Çen In Sinqapurun Sentoda adasında bir araya gəlib. Görüşün keçiriləcəyi "Capella" otelinə ilk gələn ABŞ prezidenti Donald Tramp olub. Ardından Şimali Koreya heyəti də Kim Çen Inla birlikdə otelə gəlib.

Görüşün keçiriləcəyi adada təhlükəsizlik tədbiri yüksək səviyyədə təmin olunub. Təhlükəsizliyi təmin etmək üçün yüzlərlə əsgər və polis, görüş haqqında informasiya vermək üçün isə 2500 jurnalist hazırda görəv başındadır.

Mediatv.az-ın məlumatına görə, bu, yaxın tarixin ən çox gözlənilən hadisəsi idi. ABŞ və Şimali Koreya liderlərinin görüşü həmçinin tarixdə ilk dəfədir ki, baş tutur.

*** 

Sinqapurda baş tutan görüşdə Trampı dövlət katibi Mike Pampeo, Milli Təhlükəsizlik sözçüsü Con Bolton, Ağ Evin baş katibi Con Kelli, Ağ Ev sözçüsü Sarah Sanders müşayiət edir. Şimali Koreya liderinin heyətində isə yaxın bir sözcüsü ilə bərabər müdafiə naziri və xarici işlər naziri yer alıb. Kim Çen Inın bacısı Kim Yo Jonq da heyətdə təmsil olunur.

***

İki lider arasında təkbətək görüşün 45 dəqiqə, heyətlər arasındakı görüşün isə 1.5 saat davam edəcəyi ehtimal edilir. Görüşdə nüvə silahından imtina edilməsi müzakirə olunacaq. Daha sonra tərəflər rəsmi ziyafətdə iştirak edəcək.

Qeyd edək ki, Tramp və Kim Çen In arasında davam edən təkbətək görüşə sadəcə tərcüməçilər qatılıb.

***

Liderlər görüş öncəsi jurnalistlərə açıqlama verib. ABŞ prezidenti qısa açıqlamasında görüşün uğurlu keçəcəyini bildirib: “Böyük şərəfdir, gələcək münasibətlərin yaxşı olacağından şübhəm yoxdur. Uğurli bir görüş keçəcək”.

Şimali Koreya prezidenti isə jurnalistlərə açıqlamasında deyib: “Burada olmaq çox gözəldir. Keçmişdəki düşüncələrimiz qarşımızda böyük əngəl idi, amma o əngəlləri aşdıq və bu gün burdayıq”.

***

İkili görüşdən sonra Tramp ilk açıqlamasını verib. O, Kim Çen Inla təkbətək görüşün çox yaxşı keçdiyini bildirib. Kim Çen In isə görüşdən sonrakı açıqlamasında “Buraya açıq fikirlərlə gəlmişik”, deyib.

 

 

Son dakika: Trump ve Kim arasındaki tarihi zirve başladı! İşte dünyanın beklediği ilk fotoğraflar...

Trump ve Kim görüştü! Tarihi zirveye damga vuran kareler...

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024