Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-01-2019, 13:20)
ÇİN LİDERİ ORDU RƏHBƏRLİYİNİ TOPLADI, “SAVAŞA HAZIR OLUN” ƏMRİNİ VERDİ –Trampın Tayvanla bağlı qərarı Pekini ayağa qaldırdı

 Cənubi Çin dənizindəki mübahisəli adalar, ABŞ-la ticarət savaşı və Tayvanın gələcək statusu ilə bağlı gərginliklərin artdığı bir ərəfədə Çin Xalq Respublikasının sədri Si Cinpin ordu rəhbərliyi ilə təcili toplantı keçirib.
 Xarici mətbuat xəbər verir ki, Si Cinpin toplantıda ordu rəhbərliyinə artan risk və təhdidlərə qarşı hər an hazır olmağı tapşırıb: “Silahlı qüvvələr yeni dönəmin təhdidlərinə qarşı strateji baxımdan gücləndirilməli və hər an müharibəyə hazır olmalıdır. Bunun üçün gərəkən tədbirləri görməlisiniz”.
Si Cinpin bildirib ki, hazırda dünya heç vaxt görülməmiş böyük dəyişikliklərlə üz-üzədir: “Çinin inkişafı üçün hələ də önəmli bir fürsət var.  Silahlı qüvvələrin təcili vəziyyətlərə dərhal cavab verə bilməsi  və birgə əməliyyat bacarıqlarını yüksəltmələri üçün yeni sistemli döyüş qüvvələrini formalaşdırması çox vacibdir”.
Çin rəhbəri  Tayvanla birləşmək və Cənubi Çin dənizindəki  mübahisəli adaları qorumaq üçün lazım gələrsə, güc tətbiq edəcəklərini bir daha bəyan edib: “Silahlı qüvvələr hər an savaşa hazır olmalıdır”.
Xatırladaq ki, ABŞ prezidenti Tramp bir neçə gün əvvəl Tayvanın təhlükəsizliyinin təmini ilə bağlı “Asiya təşəbbüsü” qanunu imzalayıb.
Trampın məhz bu qanunun imzalamasından sonra Çin liderinin ordu rəhbərliyinə “Savaşa hazır olun” əmrini verməsi, iki nəhəng ölkə arasındakı qarşıdurmanı daha dramatik xarakter alacağını göstərir.(Strateq.az)шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024