Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-02-2014, 22:17)
İcra başçısının oğlu “kortejlə” gəzir

 

Məmur balalarının ərköyün hərəkətləri, şəxsi “avtomobil parkları” son vaxtlar mətbuatın gündəmindən düşmür

Cəmiyyət haqlı olaraq soruşur ki, bu gənclərdə bu qədər pul, sərvət haradandır? Bu gənclər hətta bizneslə məşğul olsalar belə az vaxtda bu boyda sərvət qazana bilməzdilər. Həm də niyə məhz məmur övladları belə qiymətli avtomobillərdə gəzərək ərköyünlük edirlər? Axı, dəfələrlə ölkə başçısı İlham Əliyev cənabları ərköyün məmur övladları ilə bağlı xəbərdarlıq edib. Ancaq nəticə çıxardan yoxdur.

Belə ərköyün övlad atası olan məmurlardan biri də Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevdir. Bu yaxınlarda qafqaznews.az-a Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu ilə bağlı çox ilginc məlumat daxil olub. Mənbənin bildirdiyinə görə icra başçısının oğlu “Exeliyor” hotelinə idman etməyə gəlir. Mənbənin şahidi olduğu hadisə bu yaxınlarda baş verib.
Məlumatda deyilir ki, prezidentin təhlükəsizlik xidmətinin əməkdaşı Rabo adlı şəxs də “Exeliyor” hotelinin idman zalında məşq edir və bu yaxınlarda məşqdən çıxarkən görüb ki, cavan bir oğlan uzun bir kortejin müşayiəti ilə idman zalına gəldi.
Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşı Rabodan fərqli olaraq cavan oğlanı xeyli şəxs müşayiət edir. Hər ehtimala qarşı ölkə başçısının təhlükəsizlik xidmətinin əməkdaşı Rabo soruşub ki, ay oğul, sən kimsən, hansı vəzifədə işləyirsən?
Cavan oğlan cavab verib ki, Sabunçunun icra başçısı Adil Vəliyevin oğluyam və atam istefa verəndən sonra “Porşe” satış salonuna rəhbərlik edirəm…
Görəsən, “Porşe”nin müdiri olmaq xüsusi kortejlə gəzməyə əsas verir?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024