Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-09-2018, 13:30)
AMEA 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır

AMEA 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır.

Mediatv.az  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, 2018-2019-cu tədris ilində AMEA-nın magistraturasına daxil olmaq üçün 92 plan yeri üzrə 1124 bakalavr müraciət edib:

"Bu, 1 yer üzrə 12-13 nəfərin sənəd verməsi deməkdir. Amma elə ixtisaslar var ki, orada 1 yer üzrə 41 nəfər bakalavr ərizə verib. Bu onu göstərir ki, AMEA-nın magistraturasına maraq ildən-ilə artır".

Akademiya prezidenti bildirib ki, bu il magistraturaya 19 ixtisas üzrə 67 bakalavr daxil olub. Bu gün akademiyada 200-dək magistr təhsil alır.

A.Əlizadənin sözlərinə görə, AMEA-da magistratura təhsil pilləsinin təşkili magistrantlara elmi fəaliyyət üçün geniş imkanlar yaradır:

"Onlar AMEA-nın həqiqi və müxbir üzvləri, eləcə də digər nüfuzlu alimlərlə birlikdə tədqiqatlar aparırlar. Azərbaycanda elm və təhsilin inteqrasiyası üçün ciddi addımlar atılır. Bu inteqrasiya həm də Avropa təhsilinə uyğunlaşma üçündür. Akademiyanın elmi müəssisələri çox gözəl elmi bazaya malikdir".

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024