Səlim Müslümovun saxta diplomlu kadrı nazirlikdə "at oynadır" » Mediatv.az informasiya portalı
Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət, Slayd (8-06-2018, 10:34)
Səlim Müslümovun saxta diplomlu kadrı nazirlikdə "at oynadır"

Səlim Müslümovun saxta diplomlu kadrı nazirlikdə "at oynadır"

 Bütün dünyada belə bir tendensiya oturuşmuşdur ki, hər hansı şəxs yüksək vəzifəyə təyin olunandan sonra ictimai rəy onun fəaliyyətinə qiymət vermək üçün heç olmasa, ilk 100 günün tamam olmasını gözləyir. Yalnız bu müddət ötəndən sonra KİV-də "Filan nazirin 100 günü" tipli yazı başlıqları gözə dəyməyə başlayır. Ancaq təəssüflər olsun ki, Azərbaycanın bəzi  media orqanlarında yeni təyin olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin barəsində tənqidi yazılar diqqəti çəkməyə başlayıb. Etibarlı mənbədən daxil olan məlumata görə, nazirin fəaliyyətinə indidən kölgə salmağa hesablanmış belə məqalələrin qayəsini təşkil edən informasiyalar KİV-ə məhz nazirin əmri ilə görəvdən alınan Əjdər Cəbiyevin (Əjdər Ol) vasitəsilə ötürülür.Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı.  Əjdər Cəbiyev isə həmin məlumatları adı artıq sadiq oxucularımıza tanış olan Günel Nəsibovadan alır. Redaksiyamıza verilən informasiyaya görə sabiq nazir Səlim Müslümovun saxta diplomlu sadiq kadrı G.Nəsibova vaxtilə işlədiyi DSMF-dən Nazirliyin aparatına transfer alandan sonra məhz Ə.Cəbiyevin dəstəyi ilə ƏƏSMN-nin daxili nəzarət şöbəsində sektor müdiri, öz işinin peşəkar bilicisi olan Anar Əliyevi sıxışdıraraq aşağı vəzifəyə endirmiş, özü onun postunu ələ keçirmişdir. Bu gün isə sistemdə çalışanlara özünü nazirlik aparatı rəhbərinin yaxın adamı kimi təqdim edən G.Nəsibova hətta bir az da uzağa gedərək, Anar Əliyevi guya Səlim Müslümovun ən sədaqətli kadrı, sabiq nazirin hakimiyyəti dövründə bir çox korrupsiya hüquqpozmalarını həyata keçirən şəxs kimi qələmə verərək tutduğu vəzifədən kənarlaşdırmağa nail ola bilib. Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Nazir S.Babayevin yaxın vaxtlarda onlarla bağlı da qəti qərar verəcəyi gözlənilir.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
18 08 2018
18 08 2018
18 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018