Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (4-05-2014, 21:21)
Heyvanlar insanlara donor olacaq

Həkim Muhammad Mohuiddinin araşdırmaları çərçivəsində alimlər biouyğunluq nəzəriyyəsini yoxlamaq qərarına gəliblər. 

Mediatv.az Rusiya mətbuatına istinadən bildirir ki, mütəxəssislər geni dəyişilmiş donuzların ürəyini aşağı immun sistemi olan babuinlərə köçürüblər. Bu ürəklər babuinlərin ürəyini əvəz etməyib, sadəcə, onların qarın boşluğuna yerləşdirilib və qan-damar sisteminə birləşdirilib. 

Köçürülmüş ürəklər yeni "bədənlərində" 500 gündən çox "yaşayıb". Bu isə heyvan ürəklərinin köçürülməsinin müsbət nəticələr verəcəyinə bir işarədir. Ola bilsin ki, gələcəkdə heyvanlar təcili orqan köçürülməsinə ehtiyacı olan insanlar üçün insan donorlarını tamamilə əvəz etsinlər. 

Heyvan orqanlarının transplantasiyası ksenotransplantasiya adlanır. Əsas problem isə immun sisteminin yeni orqanları "itələməsidir". 

Mohuiddin bu problemi heyvan donorların orqanlarının genini dəyişdirməklə həll edir. Həmin orqanlardan insanların immun sisteminin itələdiyi genlər çıxarılır, immun reaksiya doğurmayan insan genlərilə əvəz olunur. Donuzları da ona görə donor qismində seçiblər ki, onların fiziologiyası insan fiziologiyasına yaxındır. 

Yaxın vaxtlarda alimlər donuz ürəklərini meymunlara köçürməyə (ürəklərin əvəzlənməsi) çalışacaqlar. Mohuiddin hesab edir ki, ürəkdən savayı, heyvanların qaraciyəri, böyrəkləri, mədəaltı vəzləri və ağciyərləri də insana köçürülə bilər. 

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024