--- (11-07-2014, 17:52)
Leyla Əliyeva həyat yoldaşı və qızı ilə -Foto
Aparıcı Leyla Əliyeva ikinci dəfə ana olduqdan sonra televiziyadan uzaqlaşıb
Axşam.az-ın məlumatına görə, bu barədə analıq məzuniyyətinə çıxan aparıcının özü məlumat verib.
O deyib ki, hazırda oğlu on aylıqdır:
“Başım övladımı böyütməyə qarışıb. Ailəmlə məşğulam. Qanunla üç illik analıq məzuniyyətim var. Bunu sona qədər istifadə edib-etməyəcəyimi bilmirəm. Övlad böyütmək asan iş deyil. Bir vaxtlar çoxuşaqlı analara medal verirdilər. İndi başa düşürəm ki, onlar həmin medala həqiqətən layiq olublar. Analıq çox məsuliyyətli missiyadır. Bunu layiqincə yerinə yetirməyə çalışıram”.
Gələcək planlarından söz açan L.Əliyeva maraqlı bir layihə ilə efirə qayıtmaq istəyini dilə gətirib:
"Hər zaman irimiqyaslı verilişlərə can atmışam. Bu dəfə də öz sahəmə uyğun, yəni mədəniyyətlə bağlı bir proqram aparmaq istəyirəm. İndi kənardan telekanallarımızı izləyirəm. Müşahidə aparıram, nəyin daha çox diqqət çəkə biləcəyini düşünürəm. Xeyli sayda təkliflər gəlir. Demək olmaz ki, gündəmdən tamamilə uzaqlaşmışam. Məni yada salan, tədbirlərinə dəvət edən insanlar, eyni zamanda da sevgi bəsləyən tamaşaçılarım var. Onlara təşəkkür edirəm ki, mənimlə maraqlanır, nə vaxt teleməkana qayıdacağımı bilmək istəyirlər . Əgər alınsa, yenə də illərdir çalışdığım İTV-də efirə çıxmağı düşünürəm”.
Qeyd edək ki, L.Əliyeva rejissor Abbas Quliyevlə ailə həyatı qurub. Cütlüyün ilk övladı qızdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
11 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025