Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-04-2014, 13:37)
“Azəriqaz”ın tərkibində yeni xidmət yaradılır

Gələn ay Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) strukturunda dəyişiklik ediləcək.

Mediatv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, birliyin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, may ayının 15-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə Qaz İstismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək.
 
Onun sözlərinə görə, bundan sonra birliyin Təmir-Tikinti İdarəsinin nəzdində mərkəzləşdirilmiş Qəza və Təmir-Bərpa Xidməti yaradılacaq: “Yeni yaradılacaq xidmətin əsas vəzifəsi xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılması olacaq”.
 
Qeyd edək ki, yeni strukturun yaradılması birliyin tərkibində xeyli sayda ixtisarlara və qaz istismar sahələrinin əməkdaşlarının işdən çıxarılmasına səbəb olacaq. A.Ağayev deyib ki, hələlik ixtisara düşəcək işçilərin sayı məlum deyil: “Bununla bağlı yeni təşkilati işlər aparılır. Nə qədər adamın ixtisar olunacağı da məhz bu tədbirlərdən sonra məlum olacaq”.
шаблоны для dle 11.2

Xəbər lenti
6 02 2025
6 02 2025
6 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
4 02 2025
4 02 2025
4 02 2025
4 02 2025
4 02 2025