Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-02-2015, 12:10)
Zakir Həsənovdan daha bir sərt xəbərdarlıq: "Daha ciddi və amansız olacağıq"

Zakir Həsənovdan daha bir sərt xəbərdarlıq: "Daha ciddi və amansız olacağıq"

Fevralın 5-də axşam saatlarından başlayaraq gecə ərzində Tovuzun Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub. 
"Mediatv.az" xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlumatda deyilir ki, düşmən Silahlı Qüvvələrimizin mövqeləri ilə yanaşı dinc əhalini, sakinlərə məxsus evləri və digər tikililəri hədəfə çevirib. Atılan yandırıcı güllələrdən kənd ərazisindəki evlərdən biri yanıb, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəyib. Bir nəfər kənd sakini yaralanıb.
Ermənistan silahlı qüvvələrinin rəhbərliyi beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri, dinc sakinləri mülki əhalinin şəxsi əmlakını atəşə məruz qoymaqla Azərbaycan tərəfini adekvat addımlar atmaqla provokasiyaya çəkmək məqsədi güdür. 
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvələrinin hədəfi heç vaxt mülki əhali və qeyri-hərbi obyektlər olmayıb. Dinc əhaliyə qarşı törətdikləri bu əməllərə görə düşmən məsuliyyət daşımalı, ordumuzun ermənilərin hərbi hədəflərinin məhv edilməsi məqsədilə görəcəyi cavab tədbirləri isə daha ciddi, qətiyyətli və amansız olacaq. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025