Siyasət (4-11-2020, 13:25)
"Bəlkə Vyanada terroru islamçılar yox, ermənilər törədib..."
Noyabrın 2-də Vyanada yaşanan terror aktını İŞİD öz üzərinə götürüb. İŞİD-in artıq əvvəlki gücünü itirməsi bu açıqlamanın qərəzli olması fikrini ağıllara gətirib.
Araşdırmaçı jurnalist Bəybala Mirzəyev məsələ ilə bağlı "MediaPost"a açıqlama verib. O bildirib ki, İŞİD hadisəni öz üzərinə götürsə də, bunun həqiqət olduğuna heç kim zəmanət verə bilməz:
"Nə üçün belə tələm-tələsik qənaətə gəlirlər? Təkcə ona görəmi ki, terrorçulardan biri Makedoniyadan və ya Albaniyadan (Avropadan) olan bir müsəlmandır?
O zaman eyni məntiqlə və eyni tələskənliklə mən də deyə bilərəm ki, Vyanadakı bu teraktları İŞİD yox, məhz ASALA törədib...
Bununçün əsaslarım da var.
Birincisi, İŞİD artıq yoxdur. Mövcud olmayan bir mifik təşkilatın adıyla "Reuters" kimi nüfuzlu bir media qurumu nə üçün bu cür kobud şəkildə spekulyasiya edir?
İkinci səbəb kimi onu göstərmək olar ki, hazırda Qarabağda biabırçı şəkildə məğlubiyyətə uğrayan ermənilər dünyanın diqqətini bu müharibəyə cəlb etmək və ilk növbədə Türkiyəni islam terrorizmini dəstəkləməkdə itiham etmək məqsədilə belə bir terror aktını həyata keçirə bilərdilər. Terrorçuluq sahəsində dünyanın ən təcrübəli millətlərindən biri sayılan Ermənistan üçün belə bir murdar planı həyata keçirmək su içmək qədər asan bir işdir".
Mütəxəssis əlavə edib ki, bu günlərdə Paşinyan da guya Türkiyənin "dəstəklədiyi İslam terrorizmi"nin Vyananın qapılarına kimi gəlib çıxacağını iddia etmişdi:
"O, həmçinin öz həyasızlığının dozasını bir qədər də artıraraq bu işdə İsrailin də adını hallandırmışdı.
Bir sözlə, ermənilər Azərbaycanın, Türkiyənin və İsrailin adını terrorla bağlamaq üçün dəridən-qabıqdan çıxırlar. Və bu məqsədlərinə nail olmaq üçün bu cür "hibrid müharibə" metodundan yararlana bilmək ehtimalı kifayət qədər yüksəkdir.
Xatırladaq ki, bazar ertəsi axşam (2 noyabrda) naməlum şəxslər Avstriya paytaxtının mərkəzində bir neçə hücum təşkil ediblər. Hadisə nəticəsində hücumçulardan biri və dörd mülki şəxs həlak olub. Daha 18 nəfər isə yaralanıb.
Hökumət baş verənləri terror aktı kimi dəyərləndirib. Avstriyada üç günlük milli matəm elan olunub.
Təəssüf ki, Avstriya rəsmiləri də bu terroru dərhal İslamla bağlamağa üstünlük verirlər. Çünki bu hazır ənənəvi ittiham metodudur. Axı hər şeyi şablon şəkildə müsəlmanların "ayağına yazmaq" hamı üçün ən sərfəli yoldur.
Amma gerçək terrorçuları isə ermənilər, PKK-çılar, basklar, İRA-çılar arasında da axtarmaq mümkündür. Lakin nədənsə, ilk ağıllarına gələn məhz "terrorçu müsəlman"lar olur".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024