Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-09-2020, 15:45)
Baş prokuror Rüstəm Usubovla görüşdü

 Sentyabrın 22-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Baş prokuror Kamran Əliyev tərəfindən veteran prokurorluq işçiləri ilə görüş keçirilib.
"Mediatv.az" xəbər verir ki, tədbir zamanı Prezident İlham Əliyevin 21 may 2020-ci tarixli Sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adı ilə təltif olunmuş Baş prokurorun sabiq müavinləri Rüstəm Usubov və Namiq Əsgərova dövlət mükafatları, prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əmək veteranı” adı ilə təltif olunmuş bir qrup prokurorluq işçilərinə isə vəsiqələr təqdim edilib.
Görüş zamanı prokurorluq orqanlarının keçdiyi inkişaf yolundan danışılıb. Prokurorluq orqanlarında uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu vurğulayan veteran işçilər prokurorluq peşəsinin çox şərəfli və məsuliyyətli bir peşə olduğundan, ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğısından söz açıblar.
Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, ötən illərdən bağlı qalmış cinayətlərin açılmasında, habelə cinayətkarlığın profilaktikası və təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanılacağını vurğulayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024