Siyasət (20-09-2020, 13:44)
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
Uzun illərdir vəzifədə qalan “ömürlüklər” nəhayət ki, vəzifəsindən azad edilir, onların yerinə gənc kadrlar gətirilir. Onların arasında siyasətçilər də, elm və mədəniyyət xadimləri də var.
Lakin hələ də bir sıra qurum və təşkilatlar var ki, rəhbərləri illərdir ki, dəyişilməz olaraq qalır və sanki ömürlərinin sonuna qədər də tutduqları vəzifədən getmək istəmirlər kimi görünür. Məsələn, Azərbaycan Yazıçılar Birliyinin rəhbəri Xalq yazıçısı Anar kimi. Məlum olduğu kimi, yazıçı Anar 1987-ci ildən - artıq 33 ildir ki, bu quruma sədrlik edir.
Xatırladaq ki, AYB 1934-cü ildə yaradılıb. Bu günə qədər qurumun 15 sədri olub ki, onların da arasında yazıçı Anardan başqa ən çox vəzifədə olanı Mirzə İbrahimovdur. Belə ki, Mirzə İbrahimov 10 il (1965-1975-ci illərdə) quruma rəhbərlik edib. Rəsul Rza, Süleyman Rəhimov, İsmayıl Şıxlı kimi yazıçılar isə cəmi 1 il rəhbər olublar. Beləliklə, AYB-nin tarixində 33 il eyni şəxsin sədrlikdə qalması rekord göstəricidir.
Qeyd edək ki, bu məsələ uzun müddətdir ki, müzakirə edilir. Xüsusən də gənc ədəbiyyatçılar Xalq yazıçısı Anarın artıq bu vəzifədən getmək vaxtının gəlib çatdığını bildirir, növbəti qurultayda könüllü olaraq sədrlikdən getməsini təklif edirlər.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Xalq yazıçısı Anar artıq 33 ildir ki, AYB-nin sədridir. Hesab edirəm ki, Anar Azərbaycanın böyük dəyərlərindən biridir və onu hansısa məmur, funksionerlə müqayisə etmək düzgün deyil. Azərbaycanın mədəni həyatında Anarın oynadığı rol misilsizdir. Bir xalq bu cür dəyərlərə hörmət etmirsə, aşağılayırsa, onun öz gələcək taleyinə spesifik yanaşmaq lazımdır. Beləliklə, mən yazıçı Anarı bu cür qiymətləndirirəm.
Bu yaxınlarda yazıçı Anarın “Yaşamaq haqqı” kitabı çapdan çıxdı. Mən həmin kitabla bağlı Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, bütün ali məktəblərdə bu kitab keçirilməli və hər bir ailədə olmalıdır.
Qaldı AYB-yə, bu qurum ictimai birlikdir. Burada sədr qurultayla seçilir. Qrafikə uyğun olaraq növbəti qurultay 2019-cu ildə keçirilməli idi. Lakin pandemiya ilə əlaqədar olaraq qurultayın keçirilməsi təxirə salındı. Pandemiyadan sonra qurultayın keçiriləcəyi gözlənilir. Beləliklə, yenidən qurultay olanda yazıçı Anar əgər istəyəcəksə, yenə də AYB sədri seçiləcək. Çünki onun xidməti fəaliyyəti həddindən artıq böyükdür. Mən də hesab edirəm ki, Anarın qalması lazımdır, vacibdir".
Rəşad Məcid qeyd etdi ki, əsası olmadan yeni gənc nəslin nümayəndələri bir sıra problemləri yazıçı Anarda görürlər:
“Qeyd edim ki, ədəbiyyatın əvvəlki populyarlığı yoxdur. Bunun günahkarı və baiskarı yazıçı Anar deyil. Şübhəsiz ki, yeni nəslin arasında da istedadlı şəxslər var. Gələcəkdə onlar da AYB-də rəhbər vəzifələrdə ola bilərlər. Hazırda AYB-də gənclər çoxdur. Yəqin ki, növbəti qurultay keçiriləndə yeniləşmələr də olacaq”.
Millət vəkili, tanınmış yazıçı Aqil Abbas da məsələ ilə bağlı öz mövqeyini bildirdi:
“AYB-nin sədrini qurultay müəyyənləşdirir. Yəni AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar.
Qarşıda növbəti qurultay olmalıdır. Yenə də sədr qurultayla seçiləcək. Ola bilsin ki, hansısa gənc adam seçilsin. Yəni kimlər namizədliyini verəcək, onların arasından seçiləcək.
Anar Xalq yazıçısıdır və xalqın sevdiyi şəxsdir. Bütün yazıçıların ona hörməti var, Azərbaycanın pasportlarından biridir. Məsələ budur. Ona görə də kimsə onu vəzifəsindən çıxarda və yaxud dəyişdirə bilməz. Hər şey qurultayla həll olunur".
Aqil Abbas qeyd etdi ki, hazırda ədəbiyyatda çox istedadlı gənclər yetişir:
“Çox güclü gənc nəsil gəlir. Aktivdirlər, gözəl əsərlər yazırlar. Qurultayda da həmin gənclərdən kimsə seçilə bilər. AYB elə-belə ittifaq deyil. Bu qurum böyük təşkilatdır, dünyaya çıxışı var.
Qurumda gənclər çoxdur. Sadəcə, özlərinin təbliğatını aparsınlar. Bir növ deputat seçkiləri kimi, təbliğatlarını yaxşı aparsalar, yazıçılar da onların tərəfini saxlaya və seçə bilərlər".
Şair-publisist Murad Köhnəqala da qeyd etdi ki, AYB seçkili qurumdur:
“Yəni qurultaydan qurultaya sədr seçilir. Anar 2 dönəm sədr seçilib və 33 ildir ki, quruma rəhbərlik edir. Məsələ burasındadır ki, Anardan əvvəl quruma İsmayıl Şıxlı rəhbərlik edirdi. Anar, Əkrəm Əylisli, Elçin onun həmin postdan getməsi üçün möhkəm çabalar göstərir, çıxışlar edir, bu və digər şəkildə tədbirlərdə ona hücumlar edirdilər. Yəni İsmayıl Şıxlının AYB-dən getməsini istəyirdilər. İsmayıl Şıxlı cəmi 2 il quruma sədr olmuşdu. Beləliklə abrına qısılaraq, məcbur şəkildə evindən istefa ərizəsi yazmışdı. Demişdi ki, quruma gedib, bir də onların üzünü görmək istəmirəm.
Amma indi Anar 60-cı illərdə özündən əvvəlkilərə yaşlaşmış nəsil kimi baxırdısa, indiki nəsil nümayəndələri də Anara o cür baxır və buna da haqları var. Çünki sübut da göz qabağındadır ki, 33 il AYB-də rəhbərlik edir. Ümumiyyətlə, AYB-nin tarixində 33 il heç kəs rəhbərlik etməyib. Belə olmaz. Adamın özü dərk etməlidir, hörmətlə çıxıb getməlidir.
Qeyd edim ki, hazırda AYB-də, eləcə də ümumilikdə yazıçılar aləmində onu əvəz edə biləcək çoxlu sayda gənclər var".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 11 2024
11 11 2024
11 11 2024
11 11 2024
11 11 2024
11 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
8 11 2024
8 11 2024
8 11 2024