Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-10-2015, 11:18)
Azərbaycan siyasətinin gözüyaşlı ataları

 

Dünyada ən böyük xoşbəxtlik odur ki, hər bir ata-ana öz övladının çiyinlərində dünyadan köçsün, torpağa tapşırılsın. Ən böyük faciə isə övladın atanın çiyinlərində dünyadan köçməsidir. Heç şübhəsiz, bu taleyi yaşayan valideynlər az deyil.

Trend bu yazıda övladını nakam itirmiş siyasətçilərdən, daha doğrusu, azərbaycanlı siyasətçilərdən bəhs edəcək.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 2011-ci ildə 49 yaşlı oğlu Azadı itirib. Azad Mütəllibov xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Ayaz Mütəllibov oğlu dünyasını dəyişənə qədər Moskvada yaşayırdı və ölkəyə qayıdacağı təqdirdə həbs olunacaqdı. Lakin dövlət başçısı İlham Əliyev böyük humanizm göstərərək, Ayaz Mütəllibovun oğlunun dəfnində iştirak etməsi üçün ölkəyə dönüşünə şərait yaratdı.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Mirmahmud Mirəlioğlu üç uşağını vaxtsız itirib. 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində KXCP sədrinin beş yaşlı oğlu həlak olub. Ardınca daha bir oğlu Mircəlil Fəttayev partiya qərəgahının qarşısında ürək tutmasından dünyasını dəyişib. Bu hadisə 2009-cu ildə baş verib. 2012-ci ildə isə M.Mirəlioğlunun qızı Mahirə 28 yaşında vəfat edib. M.Fətullayeva da qardaşı Mircəlil kimi, ürək tutmasından dünyadan köçüb.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da övlad itkisi yaşayan atalardandır. O, oğlu Elçibəyi 8 yaşında itirib. Millət vəkilinin oğlu 2000-ci ildə dayısı Mahir Mirzəyevlə birgə hamamda çimərkən dəm qazından boğulub və hər ikisi dünyasını dəyişib.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov da övlad acısı yaşayan siyasətçilərdəndir. YAP-ın qurucularından olan E.İbrahimovun oğlu 10 il öncə, avtomobil qəzasında həlak olub. Mərhum İran səfirliyində çalışırdı.

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı beş ay bundan öncə vəfat edib. Bir neçə il öncə ailə quran və Rusiyanın Tomsk şəhərinə köçən Nərgiz Yaqublu doğuş zamanı dünyasını dəyişib. Dünyaya gətirdiyi körpənin həyatını xilas etmək mümkün olsa da, Nərgizi həyata qurtarmaq mümkün olmayıb.

Dörd ay öncə vəfat edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin oğlu Murad Quluzadə2010-cu ildə gözlərini əbədi yumub. Deyilənə görə, qan xərçəngindən əziyyət çəkən 36 yaşlı oğlunun ölümü V.Quluzadə üçün gözənilməz olub və bundan sonra onda kəskin ürək ağrıları yaranıb. O, bu ilin may ayının 2-də qəflətən vəfat edib.

AXCP Ali Məclisin sədri Həsən Kərimovun bir ayın içində iki gənc oğlu dünyadan köçüb. Kiçik oğlu İftixar Kərimovun ardınca böyük oğlu Rəşad Kərimov ürək tutmasından dünyasını dəyişib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024