Siyasət (23-09-2015, 16:58)
MSK Müsavat namizədinin şikayətini təmin etdi
Mərkəzi Seçki Komissiyasının bu gün keçkirilən iclasında seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.
Mediatv.az xəbər verir ki, bitərəf şəkildə namizədliyini 95 saylı Tərtər seçki dairəsindən irəli sürən Şəhriyar Məcidzadə namizəd kimi qeydə alınmasından imtina edilməsini əsassız hesab edərək MSK-ya müraciət edib.
95 saylı Tərtər seçki dairəsindən Şəhriyar Məcidzadə müvafiq imza vərəqələrini DSK-ya təqdim edib. DSK isə yetərli qədər seçici imzaları olmadığını qeyd edərək namizədin qeydiyyatından imtina edib. Araşdırma nəticəsində məlum olub ki, Şəhriyar Məcidzadə seçici imzaların kifayət qədər toplayıb. Onun müraciəti təmin edilib, namizəd kimi qeydə alınması qərara alınıb.
125 saylı Zəngilan- Qubadlı seçki dairəsindən Əmir Baxşalıoğlu namizədliyinin qeydə alınmaması barədə müraciət edib. Əmlakı barədə DSK-ya düzgün məlumat vermədiyi üçün namizəd kimi qeydə alınması təmin edilməyib.
82 saylı Müsavat Partiyasından namizədliyi irəli sürülən Nəcəfli Rəşid MSK-ya müraciət edərək imza vərəqələrinin yoxlanılması prosesində iştirakına imkan verilməməsini bildirib. Araşdırma nəticəsində məlum olub ki, DSK qaydalara əməl etməyib, onun iştirakına icazə verilməyib. MSK namizədin prsesdə iştirakının təmin edilməsinə qərar verib