Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-07-2015, 17:31)
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə razılıq yoxdur

 

"Həmsədrlər prezidentləri görüşdürmək istəyirlər, amma görüşün nə vaxt olacağını deyə bilmərəm"

 

“Bu ilin yarım ili ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində nəzərə çarpan irəliləyiş olmayıb”.

 

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

 

N. Məmmədov bildirib ki, müəyyən addımlar atılsa da, nəticə yoxdur: “Elə həmsədrlər buna görə də regiona səfər etdilər. İradə nümayiş etdirdilər ki, xarici işlər nazirləri, prezidentlər görüşsünlər. Amma Azərbaycan prezidenti bəyan edir ki, görüşə hazırdır, amma görüş görüş xatirinə olmasın".

 

N. Məmmədov qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində görüşü barədə hələlik razılıq yoxdur: “Həmsədrlər prezidentləri görüşdürmək istəyirlər. Amma bu görüşün sentyabr, oktyabr, yaxud noyabrda olacağını deyə bilmərəm”.

 

PA rəsmisi vurğulayıb ki, Azərbaycan gec-tez öz torpaqlarını qaytaracaq: "Yunanlar deyirlər ki, Allah kimisə cəzalandıranda əvvəlcə ağlını alır. İndi yəqin ki, Allah Ermənistan rəhbərliyinin ağlını alıb. Erməniləri iki yerə bölmək lazımdır. 6-7 milyon erməni müxtəlif ölkələrdə qoltuqlarda rahat yaşayır, 1-1,5 milyon isə Ermənistanda onların cəzasını çəkir, gələcəkləri yoxdur. Ermənistan müstəqillik qazanan zaman iddialarla çıxış etməsəydilər, indi Azərbaycanda da çox rahat yaşayırdılar".

Mediatv.az

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024