Mərkəzi ofisi Londonda yerləşən “Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurand neftin barel qiymətinin bu il 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacağı qənaətindədir.
Mediatv.az xəbər verir ki, P.Andurandın fikrincə, ötən dövrdə neftin qiyməti ən aşağı səviyyəyədək ucuzlaşıb, amma bundan sonra bahalaşaraq bu ili artımla tamamlayacaq. P.Andurand daha öncə neftin qiymətinin bu ilin birinci rübündə 25 dollaradək ucuzlaşacağını proqnozlaşdırmışdı.
Xatırladaq ki, yanvarın 20-də “Layt” markalı neftin bir bareli 26,19 dollaradək ucuzlaşmışdı. Son bir neşə gün ərzində isə neft sürətlə bahalaşaraq 32 dolları keçib.