Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-01-2015, 23:35)
Boşanan dövlət başçıları- Fotolar

 

Boşanma dünyanın ən böyük sosial bəlalarından hesab olunur. Xüsusən Qərb ölkələrində qurulan ailələrin yarısından çoxu sonda boşanma ilə nəticələnir. Bu problem dövlət başçılarından da yan keçməyib. Son illərdə tez-tez prezident və baş nazirlərin boşanması barədə məlumatlar yayılır. 

 

“Mediatv.az” xəbər verir ki, modern.az saytı vəzifə başında boşanan dövlət başçılarının siyahısını təqdim edir.

Rusiya prezidenti Vladimir Putin. 2013-cü il iyunu 6-da Kreml sarayında “Esmeralda” baletinin nümayişi keçirildi. Baleti seyr edənlər arasında Rusiya prezidenti Vladimir Putin və xanımı Lyudmila Putina də var idi. Nümayişdən sonra yerli televiziyaların qarşısına çıxan cütlük ayrılmaq barədə qərara verdiklərini açıqladılar.

“Bizim ortaq uşaqlarımız təhsil alıb və Rusiyada yaşayırlar. Bizim Lyudmila ilə yaxşı münasibətlərimiz var. Lakin evliliyimiz artıq sona çatıb. Biz demək olar ki, bir-birimizi görmürük”, - deyə Putin açıqlamışdı.

Lyudmila Putina da ərinin özünü işə həsr etdiyini və onların artıq ayrı yollarla gedəcəyini demişdi.

2001-ci ilin martında Zambiya prezidenti Frederika Çilubanın həyat yoldaşı Vera Çiluba ilə boşandığı məlum oldu. Nikahlarından 9 uşağın dünyaya gəldiyi cütlüyün ayrılma səbəbləri ictimaiyyətə gizli qaldı.

2002-ci ilin dekabrında İsveçin baş naziri Hans Yohan Perssonun həyat yoldaşı Annika ilə boşanmaq üçün məhkəməyə müraciət etdiyi aydın oldu. 2003-cü ilin yanvarında onlar rəsmən ayrıldılar. 8 il evli olan Hans və Veronika Perssonun birgə uşaqları yox idi.

2007-ci ilin oktyabrında Fransa prezidenti Nikolya Sarkozi 11 illik həyat yoldaşı Sessiliya Sarkozidən ayrıldı. 1996-cı ildə ilk həyat yoldaşından ayrılaraq Sessiliya ilə ailə həyatı quran Sarkozi beləliklə, dövlət başçısı səlahiyyətlərini icra edərkən boşanan ilk Fransa prezidenti kimi tarixə düşdü. Sessiliya Sarkozidən ayrıldıqdan 5 ay sonra Sarkozi italyan müğənnisi Karlo Bruni ilə evləndi.

 Onun keçmiş həyat yoldaşı isə 2008-ci ilin martında mərakeşli PR-menecer Rişaq Attiasla nikaha girib.  

2005-ci ildən ayrı yaşayan cütlük qarşılıqlı istək əsasında boşanmışdı.

2009-cu ilin mayında İtaliyanın baş naziri Silvio Berluskoni uzun illər nikahda olduğu Veronika Berluskonidən ayrıldı. İtaliya mətbuatı bunu hökumət başçısının 18 yaşlı model Naomi Letisiya ilə eşq macərası yaşamasına bağlayırdı. 29 illik evlilikləri müddətində həyat yoldaşına 3 övlad bəxş edən 56 yaşlı Veronika Lario boşanma sənədlərinə əsasən ərindən  65 milyon dollar pul ödəməsini tələb etmişdi. Lakin Berluskoni yalnız 5,5 milyon dollara ödəməyə hazır olduğunu demişdi. 3 il davam edən məhkəmə çəkişməsindən sonra siyasətçi hər gün üçün keçmiş həyat yoldaşına 1200 min avro ödəməyə məhkum edildi. Onlar 2012-ci ildə rəsmən boşandılar.

Qvatelama prezidenti Alvaro Kolomonanın həyat yoldaşı Sandra Torreslə boşanması isə çox maraqlı səbəbə görə idi. Belə ki, səlahiyyət müddəti bitən ərindən sonra ölkə prezidentliyinə namizəd olmaq istəyən xanım Torres Konstitusiyaya görə seçkilərdə iştirak edə bilməzdi. Prezident ailəsinin üzvləri və qohumlarının seçkilərdə iştirak etməsi qanunla qadağan idi. Bu maneəni aşmaq üçün 2011-ci ilin martında həyat yoldaşından ayrılan Sandra Torres məhkəmə tərəfindən seçkilərə buraxılmadı.

2011-ci ilin mayında Peru prezidenti Alan Qarsiya həyat yoldaşı Pilar Noreslə 2 ildir ayrı yaşadığını etiraf etdi. Həyat yoldaşı ilə 4 övlada sahib olan prezident nikahdankənar övladının olmasını açıqladıqdan sonra Pilar Noreslə boşanmışdı.

İsveçin baş naziri Frederik Reynfeldt isə 2012-ci ilin martında 20 illik həyat yoldaşı Fillipa Reynfeldtdən ayrılmışdı. 3 övladı olan cütlük boşanma səbəbini ictimaiyyətdən gizli saxlamışdı.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024