Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (7-12-2018, 20:19)
BSU-da Qazax müəllimlər seminariyasının 100 illik yubileyi qeyd olunu

Dekabrın 7-də Bakı Slavyan Universitetinin (BSU) Pedaqogika-psixologiya kafedrasının təşkilatçılığı ilə Qazax müəllimlər seminariyasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Pedaqogika-psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova qeyd edib ki, noyabr ayında Prezident İlham Əliyev Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 2018-ci ilin noyabr ayında Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyinin tamam olduğunu diqqətə çatdıran S.Axundova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən yaradılan Qazax müəllimlər seminariyası Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir. S.Axundova görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyasının ana dilinin inkişafına, Azərbaycanda elmin, maarifin və mədəniyyətin tərəqqisinə verdiyi misilsiz töhfələrdən danışıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov Qazax müəllimlər seminariyasını Azərbaycanın maarifçi fikir tarixinin mühüm bir hissəsi kimi qiymətləndirib. Professor gənc nəslə Azərbaycanın tarixi keçmişini düzgün təbliğ etmək məsələsinin qloballaşan dövrün aktual mövzularından biri olduğunu qeyd edib. Azərbaycan təhsil sisteminin seminariyanın yarandığı gündən bu günə qədər böyük inkişaf yolu keçdiyini deyən F.Rüstəmov vurğulayıb ki, Qazax müəllimlər seminariyası milli-mənəvi dəyərlərin təbliği, mətbuatın inkişafı, qadınların təhsilə cəlb edilməsi, xeyriyyə cəmiyyəti və digər mühüm məsələləri qarşıya məqsəd qoymuşdu.
Tədbirin davamında Qori müəllimlər və Qazax müəllimlər seminariyasına həsr olunan video materialın nümayişi olub.
Nümayişin ardından tədbirlə bağlı məruzələr dinlənilib. Pedaqogika-psixologiya kafedrasının müəllimlərindən Afaq Nəsibova “Azərbaycanda pedaqoji kadr hazırlğının tarixi”, Vüsalə Qurbanova “Qazax müəllimlər seminariyasının yaranması”, Səbinə Cəfərova “Qazax müəllimlər seminariyasının direktoru-Firudin bəy Köçərli”, baş müəllim Svetlana Balakişibəyli “Qazax müəllimlər seminariyasının müəllimləri”, kafedranın doktorantları Günay Nəzərli və Arzu Nəsirli “Qazax müəlimlər seminariyasının məzunları”, dosent Aydın Həsənov “Qori müəllimlər seminariyası məzunlarının tarixi araşdırmaları” mövzusunda məruzlərlə çıxış ediblər. Çıxışçılar üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simaların olduğunu diqqətə çatdırıblar.
Çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva Qazax müəllimlər seminariyasının müstəqil Azərbaycanın təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyduğunu bir daha qeyd edərək tədbirin təşkilini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda Azərbaycan Demokratik Respublikasının himni səsləndirilib.
BSU-nun Mətbuat Xidməti
шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024