Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (20-09-2018, 17:48)
Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti BSU-da olub

 

 Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti  BSU-da olub

20 sentyabr 2018-ci il tarixdə Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı tədbirdə iştirak etmək üçün respublikamıza gəlmiş Bolqarıstan Respublikasının Milli Assambleyasının sədri xanımTsveta Karayançevanınrəhbərlik etdiyi on nəfərlik nümayəndə heyəti Bakı Slavyan Universitetində qonaq olublar. Qonaqlar universitetin foyesində tələbələrin hazırladığı milli kompozisiya ilə qarşılanıblar. Bədii hissədə BSU-nun bolqar dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən bolqar dilində şeirlər səsləndirilib, “Arzu” rəqs ansamblının təqdimatında milli və bolqar rəqsləri nümayiş olunub.

Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva əvvəlcə BSU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, universitetdə fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri  barədə qısa məlumat verib. BSU-nun beynəlxalq əlaqələrindən söz açan N.Əliyeva Bolqarıstanın qabaqcıl universitetləri ilə qurulan sıx əməkdaşlıq barədə ətraflı söhbət açıb. N.Əliyeva 1996-cı il­dən BSU-da bol­qar di­li təd­ris olu­nduğunu diqqətə çatdırıb.

Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzində bolqar dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər. Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən rəsmilər mərkəz nəzdindəki kitabxana ilə də tanış olublar. Rektor Nurlana Əliyeva   vurğulayıb ki, 2002-ci il­də Ba­kı Slav­yan Uni­ver­si­te­ti ilə Mü­qəd­dəs Kli­ment Ox­rids­ki adı­na So­fi­ya Uni­ver­si­te­ti ara­sın­da əmək­daş­lıq haq­qın­da mü­qa­vi­lə im­za­la­nıb, həmin il Bol­qa­rıs­tan Res­pub­li­ka­sı­nın sa­biq pre­zi­den­ti Cel­yu Ce­le­və Ba­kı Slav­yan Uni­ver­si­te­ti­nin Fəx­ri dok­to­ru adı ve­ri­lib.2004-cü ildə BSU-da Bol­qar Di­li və Mə­də­niy­yə­ti Mər­kə­zi Bol­qa­rıs­tan Res­pub­li­ka­sı­nın pre­zi­den­ti Ge­or­gi Pır­va­no­vun iş­ti­ra­kı ilə açı­lıb.

Tədbir rəsmi hissə ilə davam edib. Rəsmi hissəni giriş sözü ilə açan professor Nurlana Əliyeva Azərbaycanla Bolqarıstan arasında tarixən geniş dostluq əlaqələrinin olduğunu bildirib. O, bu  münasibətlərin humanitar sahədə də özünü daha aydın göstərdiyini deyib. Bol­qar Di­li və Mə­də­niy­yə­ti Mər­kə­zinin fəaliyyətindən danışan N.Əliyeva bildirib ki, mərkəzin əsas vəzifəsi Azər­bay­can və Bol­qa­rıs­tan ara­sın­da mə­də­ni əla­qə­lə­ri in­ki­şaf et­dir­mək, gənc­lə­rin hər iki öl­kə­nin mə­də­niy­yə­ti­nə, təh­si­li­nə, maa­ri­fi­nə və el­mi­nə ma­ra­ğı­nı ar­tır­maq, həm­çi­nin uni­ver­si­tet­də bol­qar­şü­nas­lıq is­ti­qa­mə­ti üz­rə təd­ris pro­se­si­nin tək­mil­ləş­di­ril­mə­si­nə kö­mək et­mək­dir. Rektor son illər ərzində ölkəmizə səfər edən Bolqarıstanın sabiq vitse-prezidenti Marqarita Popova və hazırki vitse-prezident İliana Yotovanın Bakı Slavyan universitetində qonaq olduqlarını xatırladıb. Azərbaycanın  birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi altında Bolqarıstanın bir sıra dini-mədəni obyektlərində təmir-bərpa işlərinin aparıldığını, arxeoloji qazıntılara şərait yaradıldığını vurğulayıb.

Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva isə çıxışında Azər­bay­can­la Bol­qa­rıs­tan ara­sın­da is­tər si­ya­si, iq­ti­sa­di, is­tər­sə də el­mi, tex­ni­ki və mə­də­ni  is­ti­qa­mə­t­də mü­na­si­bət­lərin sü­rət­lə in­ki­şaf et­mək­də olduğunu bildirib. Hər iki res­pub­li­ka­nın döv­lət baş­çı­la­rının bu mü­na­si­bət­lə­rin ge­niş­lən­mə­sin­də ma­raq­lı ol­duq­la­rı­nı bə­yan edən parlament sədri ökələrimiz arasında təhsil, o cümlədən mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha vurğulayıb. Azərbaycanla Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açan T. Karayançeva qeyd edib ki, Bakı Slavyan Universitetində bolqar dilinin, tarixinin, mədəniyyətinin, etnoqrafiyasının tədrisi bu ölkədə dost xalqların milli-mənəvi dəyərlərinə marağın böyük olmasından xəbər verir. O, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.


Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti  BSU-da olub
Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti  BSU-da olub
Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti  BSU-da olub
Bolqarıstan Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti  BSU-da olub

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024