Sosial / Karusel (25-01-2019, 14:56)
Xəzər rayonunda özünüməşğulluq proqramına belə yanaşılır?
Son günlər mediada müzakirə predmetinə çevrilmiş mövzulardan biri də özünüməşğulluq proqramının icrasıdır. Daha doğrusu hazırda dövlətin sosial siyasətinin ana xəttini təşkil edən bu proqramın yerlərdə icrası zamanı meydana çıxan problemlər... "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” layihəsi bəzi subyektiv səbəblərdən narazılıqlar doğurmaqdadır.
Xatırladaq ki, 7 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri kimi yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, məşğulluğun coğrafiyasının genişləndirilməsinə, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasına hesablanmış addımdır. Sözügedən Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla özünəməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reaqllaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.
Təəssüf ki, bəzi səlahiyyət sahiblərinin, Rayon Məşğulluq Mərkəzlərinin məsul şəxslərinin sayəsində dövlət başçısının bu kimi təşəbbüslərinin yerlərdə icrası zamanı problemlər yaranır.
Son günlər bu proqram çərçivəsində vətəndaşlara xəstə mal-qaranın verilməsi ilə bağlı mediada və müxtəlif sosial şəbəkələrdə məlumatların dolanması da təsadüf deyil. Geniş müzakirələrə səbəb olmuş bu narazılıqlarla bağlı deputatlar da susmadı. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev sosial şəbəkələrdə özünəməşğulluq proqramı çərçivəsində əhaliyə verilən ev heyvanlarından narazılıq edilməsi məsələsinə münasibət bildirib:
“Mən bilmirəm bu nə qədər əsaslıdır və ya obyektivdir. Biz qoca heyvanların da şəklini sosial şəbəkədə görürük. Bunlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha interaktiv işlər görməlidir. Mətbuat xidməti işini yaxşı görür, amma bu məsələlərə daha operativ cavab verilməlidir. Çünki bu cənab prezidentin gözəl bir layihəsidir. Biz çalışmalıyıq ki, özünüməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək və məsələləri birlikdə müzakirə edək”.
Millət vəkilinin bu münasibətinə digər həmkarları da seyriçi qalmayıblar.
Xəzər rayonu da istisna deyil...