Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-11-2018, 23:43)
"İlin rektoru" - Professor İbrahim Cəfərov

 

















Azərbaycan Universitetləri "facebook" səhifəsinin keçirdiyi "İlin rektoru" sosial tələbə sorğusunun nəticələrinə görə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov qalib olub.89.000 'post reach' (postun istifadəçiyə çatması) olan 2 səsvermədə tələbələrin 58%-i məhz ADAU rektoruna səs verdi. 2-ci yerdə ADU rektoru Kamal Abdulla 25%, 3-cü yerdə isə ATMU rektoru İlham Mədətov 17% qərarlaşdı.Professor İbrahim Cəfərov özünün "facebook" səhifəsində bu münasibətilə  ürək sözlərini yazaraq, ona səs verənlərə minnətdarlığını bildirib:
  Əziz dostlar, canım tələbələrim, həmkarlarım, Azərbaycan Universitetləri "facebook" səhifəsinin dəyərli izləyiciləri, bu səhifənin növbəti dəfə keçirdiyi "İlin rektoru"sorğusunda Sizlərin səsi və yaxından dəstəyi ilə bir yerdə qalib gəldik, bizləri sevən insanları sevindirdik, tələbələrim bir neçə gündür ki, toy-bayram edirlər, sevinirlər, mənim üçün bundan yüksək dəyər yoxdur, buradan belə nəticəyə gəlirəm ki, rektorluq etdiyim 5 il heç də hədər getməmişdir, ən azindan biz kollektivimizin, tələbələrimizin sevgisini qazana bilmişik. 

Tam əmin oldum ki, dünyada var-dövlətdən, sərvətdən daha böyük dəyərlər var, məncə bu bizim tələbələrimizdən qazandığımız inam və etibardır, onların bizə güvəncidir. Yüzlərlə tələbələrim, ölkənin başqa universitetlərində təhsil alan gənclər, valideynlər, sadəcə vətəndaşlar, professorlar, akademiklər bizə səs vermiş, müsbət münasibətlərini bildirmişlər. 

Hər biri var olsun. Lakin mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti qarşısında məsuliyyətimizi tam dərk edirik, aqrar sahənin bazar rəqabətli, yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməsi qarşımızda duran ən vacib işdir və bu istiqamətdə gördüyümüz işlər lap yaxın illər ərzində öz bəhrəsini verəcəkdir. Bunun üçün universitet çalışır və hər gün istər dövlət, istərsə də kənd təsərrüfatı nazirliyi tərəfindən lazm olandan artıq belə dəstək alır. 

Möhtərəm cənab Prezidentin 2016 və 2017-ci illərdə Gəncə səfəri çərçivəsində aqrar universitetə gəlməsi və 4 ulduzlu otel səviyyəli iki yataqxananın açılışını etməsi universitetin tarixinə daxil olan qızıl anlardır.Bizə böyük etimad göstərilir və etimadı doğrultmaq ADAU ailəsinin başının borcudur. Bir daha hər birinizə, zəhməti olan hər kəsə hörmətimi bildirməklə söz verirəm ki, daha yaxşı işləyəcək və tələbələrimin yanında olacağam.
 Mediatv.az informasiya portalının kollektivi professor İbrahim Cəfərovu təbrik edir və təhsil sahəsində gördiyi işlərdə uğurlar arzulayır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024