Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-11-2018, 18:00)
Sinoptiklər yağışlı hava vəd edirlər

 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediatv.az-a verilən məlumata görə, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında noyabrın 7-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışın intensiv olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 7-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və mövsümə uyğun temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 шаблоны для dle 11.2

Xəbər lenti
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024