Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-11-2018, 14:12)
22 noyabr 2018-ci il Azərbaycan Respublikası ədliyyəsinin 100 illiyi tamam olur.

 














Azərbaycan ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə ADR-nin yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır.
Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 24-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmişdir. Onun əvəzinə Xalq Ədliyyə Komissarlığı yaradılaraq onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, istimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyinə nəzarət etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ədliyyə hüquqi yardımın təşkili, pentenstar sistemin idarə olunması, Ali məhkəməyə, prokurorluğa və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.
1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmiş, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunmuş və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.
İfrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkminləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və cənab Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsas tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.
Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və cənab Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı ilk növbədə ölkəmizdə insan hüquqlarının daha səmərəli təmin olunmasına, hümanizm prinsiplərinin geniş tətbiqinə xidmət edən və cəza-icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə strateji prioritetləri özündə ehtiva edən konseptual sənəddir.Qeyd edək ki, probasiya şərti məhkumetmənin xüsusi formasıdır və bu, əsasən anqlosakson hüquq sisteminə malik olan ölkələrin praktikasına məxsus cəza-icra sistemi kimi Böyük Britaniya, ABŞ, İsveç, Finlandiya, Danimarka və bir sıra digər ölkələrin ədliyyə və məhkəmə təcrübəsində geniş yayılıb. Bu ölkələrdə məhkəmələr azadlıqdan məhrumetmə cəzasının yerinə probasiya rejiminin seçilməsinin mümkünlüyü haqqında qərar qəbul edərək, məhkumu müəyyən müddətə onun davranışına nəzarət edəcək Probasiya Xidməti məmurunun müşahidəsi altına verir".Ağır və xüsusilə ağır cinayətlər istisna olmaqla istənilən cinayətə münasibətdə məhkəmə probasiya rejiminin müəyyən edilməsi barədə qərar qəbul edə bilər: "Probasiyanın maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, xarici ölkələrin qanunvericiliklərinə əsasən bu, yalnız əsas cəza növü kimi müəyyən edilə bilər, əlavə cəza olaraq probasiyanın tətbiqi qəbul edilmir.
  Biz Binəqədi rayon İcra və Probasiya şöbəsinin kollektivi ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi barədə verdiyi tapşırığı əsas tutaraq vətəndaşların müraciətinə qayğı və həssaslıqla yanaşırıq. Çalışırıq ki, edilən müraciətlərin həllini qanuni şəkildə vətəndaşlara izah edib aydınlaşdıraq.
 Binəqədi rayon İcra və Probasiya şöbəsinin kollektivi başda Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla nazirliyin bütün kollektivini, İcra və Probasiya xidmətlərinin rəhbərliyini və bütün əməkdaşlarını, ümumiyyətlə bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə ayrı-ayrılıqda can sağlığı, işlərində nailiyyətlər və ailə səadəti arzulayırıq.
Bayramınız mübarək olsun, əziz həmkarlarımız!

İlham Həsənov
Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisiшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024