Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-03-2014, 20:19)
Müəllimlər İnstitutunun Həmkarlar İttifaqında total korrupsiya


Azərbaycan Müəllimlər İnstitutunda Həmkarlar İttifaqı korrupsiya bataqlığıdır. Bu barərədə Azərbaycan Müəllimlər İnstitutundan redaksiyamıza daxil olanməlumatda bildirilirMəlumata görə, son zamanlar adı qalmaqallarda hallanan təhsil ocağının nəzdində fəaliyyət göstərən Həmkarlar İttifaqı sözün həqiqi mənasında korrupsiya yuvasından ibarətdir. Müraciət edən şikayətçinin bildirdiyinə görə, Rövşən Hacıyevin rəhbərlik etdiyi Həmkarlar İttifaqı əslində üzvlərinin  sosial problemləri, müalicə və istirahətlərini təşkil etmək əvəzinə Müəllimlər İnstitutunun kollektivindən pul toplamaqla və topladıqları vəsaitin böyük hissəsini mənimsəməklə məşğuldur.

Qeyd edilir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə,  Sumqayıt, Mingəçevir,  Ağcabədi, Şamaxı, Şəki, Zaqatala, Salyan, Cəlilabad, Quba, Qazax filiallarının həmkarlar təşkilatı da Azərbaycan Müəllimlər İnstitutunun Həmkarlar İttifaqının tabeçiliyindədir və qurum 2000 nəfərdən çox müəllim heyəti,  laborant və texniki işçiləri, 7-8 min tələbəni özündə birləşdirir və onlardan üzvlük haqqı toplayır . Toplanan üzvlük haqqlarının hara sərf olunmasından isə heç kimin xəbəri yoxdur. Çünki Həmkarlar İttifaqı yalnız pul toplamaqla və sanatorya biletlərini Müəllimlər İnstitutuna aid olmayan şəxslərə satıb iki qat qazanc əldə etməklə öz vəzifəsini bitmiş hesab edir. Halbuki hər ay Həmkarlar İttifaqı 2 min işçidən 1 manatdan artıq, 8 minə qədər tələbədən isə 1 manat üzvlük haqqı alır. Yəni faktiki olaraq Rövşən Hacıyev hər ay 15 min manata qədər üzvlük haqqı toplayır və bu vəsaitin hara sərf olunması barədə Aqiyə Naxçıvanlıdan başqa heç kimə hesabat vermir.

Daxil olan məlumata əsasən İnstitutun Həmkarlar İttifaqı müalicə və istirahət sanatoryaları üçün dövlət tərəfindən verilən biletləri filial direktorlarına və İnstitutun rektoru Aqiyə Naxçıvanlının yaxın ətrafındakı şəxslərə verir. Halbuki dövlət tərəfindən hər il yüzlərlə müəllimin müalicə və istirahəti üçün Həmkarlar İttifaqına xeyli biletlər verilir və bu biletlər ayrı-ayrı şəxslərin adına sənədləşdirilir.

Mənbə idda edir ki, Rövşən Hacıyev Aqiyə Naxçıvanlının göstərişi ilə lazım olan adamlara biletləri verdikdən sonra yerdə qalan yüzlərlə sanatorya biletlərini Müəllimlər İnstitutunda çalışmayan müxtəlif şəxslərə satır. Müəllimlərin sanatorya və müalicə biletlərinin satışından Həmkarlar İttifaqının sədrinin hər il təxminən yüz min manata yaxın qazanc əldə etdiyi qeyd olunur. Bura illik iki yüz manata qədər yığılan üzvlük haqqlarını da əlavə etdikdə doğurdan Rövşən Hacıyevin və Aqiyə Naxçıvanlının təkcə Həmkarlar İttifaqından əldə etdikləri illik gəlirə qibtə etməmək olmur.

Məlumatda göstərilir ki, Rövşən Hacıyevin başqa bir maxinasiyası üzvlərin, xüsusən də tələbələrin adına yazdığı sosial problemlərin həlli üçün «göstərilən» maddi yardımlarla bağlıdır . İl boyu təhsil ocağında oxuyan imkansız şagirdlərə maddi yardım edilməsi adı altında külli miqdarda vəsaitlərin mənimsənildiyi qeyd olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq (pia.az).

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024