Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-12-2014, 18:21)
İlham Əliyev Bakıda yol açılışı etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında iştirak edib. 

 

“Mediatv.az” Azərtac-a istinadən xəbər verir ki, prezident prospektin yenidən qurulması layihəsi əsasında yolun hazırkı texniki göstəricilərini əks etdirən stendə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov həyata keçirilən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verib.

Ziya Bünyadov prospektinin təmir və yenidənqurma işlərinə ötən ilin may ayında başlanılıb. Bu yol “Koroğlu” qovşağı ilə “Qələbə” dairəsini birbaşa birləşdirəcək. On iki zolaqdan ibarət olan prospekt boyu 11 yol qovşağı mövcuddur. Tunel və körpülərdən ibarət olan yol qovşaqları nəqliyyatın hərəkətinin intensivliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Tunel tipli qovşaqların dördünün tikintisi prospektin yenidən qurulması işləri ilə bərabər həyata keçirilib. Bu işlər görülən zaman “Çermet” adlandırılan altızolaqlı körpü də tamamilə yenidən qurulub. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması məqsədilə altızolaqlı yeni körpü də inşa olunub. Layihəyə uyğun olaraq prospekt boyunca piyadaların təhlükəsiz hərəkəti üçün 5 piyada keçidi də inşa edilib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024