Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-02-2014, 12:30)
Millət vəkili: “Azərbaycanda qəsdən hansı qüvvələrin ki, sıxışdırılıb çıxarılması lazımdır …»

 

 

«Radikal dini cərrəyanlarada qarşı mübarizə aparırlan zaman normal dini cərrəyanlara da qarşı mübarizə başlanılır»

 

 
Fazil Mustafa: «Azərbaycanda sərt formada dini radikallaşma yoxdur»
Azərbaycanda dindarlar arasında siyasətə meylilik hər gün daha çox artır. Uzun illər boyu siyasətdən kənar olan islam dininin sürətlə siyasiləşməsi paytaxt Bakının və ölkəmizin hər bir guşəsində hiss olunur. Siyasi islamın Azərbaycanda dini radikalizmə yol açdığı da açıq şəkildə müşahidə olunmaqdadır. Bütün bu məsələlərlə bağlı Azərbaycan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik. Fazil bəy hesab edir ki, ümumiyyətlə din siyasiləşmir:
«Azərbaycanda dini maarifçilik doğru istiqamətdə getmir, radikal ünsürlərin güclənməsi daha çox baş verir. Bu yanlış maarifləndirməklə bağlıdır, çünki Azərbaycanda dini məktəblər yoxdur və bu məktəblərin olmaması Azərbaycan üçün həm xeyirlidi, həm zərərli. Xeyri odur ki, yeni siyasətləri izləmək imkanı daha rahatdır zərəri isə odur ki, daha çox dini bilgilər sahəsində cəhalət hökm sürür. Məktəblər olanda cavabdeh insanlar elementar düşüncəyə dünya görüşünə malik olurlar. Amma radikalizm daha çox xaricdə maliyyələşən qüvvələr tərəfindən həyata keçirilir ona görədə onun Azərbaycanda, hardasa, ciddi təməl əsası yoxdur, ona görə də deyə bilərik ki, Azərbaycanda o qədər də sərt  formada radikallaşma baş vermir.
Dini camiələrin arasında sabitliyin pozulmasının və gərginlik yaşanmasının əsas səbəbi burda Azərbaycanda gərginlik yaratmaq istəyən xarici dövlətlərin rolu barədə də daqnışan millət vəkili hesab edir ki, Azərbaycanda bütövlükdə dinə qarşı mübarizə gedir:
«Bu məsələdə, bu gün daha çox tolerantlıq və xoşgörü təğlib edən qüvvələr ziyan çəkir. Azərbaycanda qəsdən hansı qüvvələrin ki sıxışdırılıb çıxarılması lazımdır, mütləq bir reallıq formasında onlara qarşı təzyiqlər düşünülür və bu gün baş verənlər də bunun bir tərkib hissəsidir. Ümumiyyətlə həmişə radikal dini cərrəyanlarada qarşı mübarizə aparırlan zaman normal dini cərrəyanlara da qarşı mübarizə başlanılır. Bu isə o deməkdir ki, bütövlükdə dinə qarşı bir mübarizə gedir. Bu konteksdə hamını qaralamağa cəhd edirlər və bu  kampaniyaya çevrilir. Hamını bir-birindən şübhəli vəziyyətə salmaq istəyirlər və bu da bir başa yanlış addımdır. Ona görə də hesab edirəm ki, hər kəs öz addımına fikir verməlidir və özünün fəaliyyətini dəyərləndirməlidir».
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024