Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-07-2020, 17:33)
Prezident Adminstrasiyasının şöbə müdiri partiya sədri ilə görüş keçirdi

 Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev arasında görüş keçirilib.
BAP Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya və bölgələrdə su qıtlığı ilə bağlı yaranan çətinliklər, Dağlıq Qarabağ ətrafında gedən proseslər müzakirə edilib və bu məsələdə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.
Ölkədə siyasi təşkilatların vəziyyəti, onların ofis və qurultaylarının keçirilməsi ilə bağlı problemlər, medianın, QHT-lərin vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
PA-nın şöbə müdiri Ədalət Vəliyev siyasi partiyalarla görüşlərin ikinci mərhələsinə başladıqlarını və bunu davam etdirəcəklərini, hər hansı təklifdə bulunan siyasi təşkilat rəhbərlərini dinləməyə hazır olduqlarını, siyasi partiyalara yerlə, qurultayla bağlı problemlərdə yardımçı olacaqlarını bəyan edib. Tərəflər görüşün səmərəli və məhsuldar olduğunu qeyd ediblər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024