Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-02-2019, 10:14)
İşğal aradan qaldırılmayınca, Ər-Riyad Ermənistanla əlaqə qurmayacaq

 Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası Dostluq Komitəsinin nümayəndə heyəti Milli Məclisin (MM) Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri ilə görüşüblər.
Mediatv.az  xəbər verir ki, İşçi Qrupunun rəhbəri Fəttah Heydərov ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açıb, əməkdaşlığımızın zəngin və şərəfli tarixə malik olduğunu qeyd edib.
O, parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır:
“İki ölkə arasında iqtisadi, mədəni sahələrdə də uğurlu addımlar atılıb”.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Fəttah Heydərov bu münaqişənin həlli məsələsində Səudiyyə Ərəbistanının hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyib.
İşçi Qrupunun rəhbəri vurğulayıb ki, Səudiyyə Ərəbistanının işğalçılıq siyasəti yürüdən Ermənistanla heç bir diplomatik əlaqə qurmaması Azərbaycanda yüksək dəyərləndirilir.
Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası Dostluq Komitəsinin rəhbəri Fayez bin Abdulla Al-Şehri isə bu səfərin ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsinə yaxşı töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
O, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yollar axtarmağın önəmini qeyd edib. Həmçinin vurğulayıb ki, işğal faktı aradan qaldırılmayana qədər Ermənistanla heç bir diplomatik əlaqə qurulmayacaq.
Dostluq Komitəsinin üzvləri Milli Məclis sədri Oqtay Əsədovla da görüşüblər. O. Əsədov Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əlaqələrin yüksək səviyyədə inkişafında maraqlı olduğunu deyib.
Spiker qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafında prezident İlham Əliyevin bu ölkəyə səfərlərinin böyük rolu olub:
“Bu görüşlər zamanı ölkələrimiz arasında 20-yə yaxın sənəd imzalanıb, hazırda 11 sənəd imzalanmaq üçün hazırlanır. Bütün bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir”.
İqtisadi əlaqələrin inkişafından söz açan MM-in sədri bu sahədə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, hazırda Azərbaycanda Səudiyyə Ərəbistanının 16 şirkəti fəaliyyət göstərir. Azərbaycanda biznes mühitinin çox yaxşı səviyyədə olduğunu diqqətə çatdıran O. Əsədov indiyədək ölkəmizə 250 milyard dollar investisiya qoyulduğunu deyib.
Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən MM-in sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
O. Əsədov Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə və işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.
Fayez bin Abdulla Al-Şehri qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərir:
“O cümlədən, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləyir”.
шаблоны для dle 11.2

Xəbər lenti
17 02 2019
17 02 2019
17 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
15 02 2019
15 02 2019
15 02 2019
15 02 2019
15 02 2019
15 02 2019

{sape_links}{sape_article}