Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-09-2018, 13:30)
Deputatların işi artır

Deputatların işi artır

 

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il payız sessiyasında qanun layihələrinin müzakirəsi və qəbul prosedurunda bir sıra yeniliklərin edilməsi gözlənilir.

Mediatv.az-ın MM-dən əldə etdiyi məlumata görə, artıq payız sessiyasından etibarən təkcə yeni qanun layihələri deyil, həm də qanunlara, məcəllələrə dəyişiklikləri, əlavələri nəzərdə tutan qanunvericilik sənədləri də üç oxunuşdan keçiriləcək və üçüncü oxunuşda bütövlükdə qəbul olunaraq, hüquqi qüvvəyə minməsi üçün ölkə prezidentinə göndəriləcək.

Qeyd edək ki, indiyə kimi, ancaq yeni qanun layihələri üç oxunuşdan keçirilərək, qəbul olunurdu, qanunlara, məcəllələrə dəyişikliklər isə cəmi bir oxunuşdan keçirilərək, qəbul edilirdi.

Yalnız Konstitusiya qanunlarında dəyişikliklər iki dəfə səsverməyə çıxarılırdı. Bununla yanaşı, millət vəkillərinin çıxışları, replikaları ilə bağlı vaxt məsələsində də yeniliklərin tətbiqi gözlənilir.

Onu da qeyd edək ki, yeni prosedurlar 2016-cı ilin sentyabr ayının 26-da ölkə Konstitusiyasına referendum yolu ilə edilmiş bir sıra dəyişikliklərlə bağlıdır.

Bir sözlə, millət vəkillərinin işi bir qədər də artmış olacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024