Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-06-2018, 16:30)
"Belə icmaları yalnız məhkəmə yolu ilə ləğv etmək olar"

"Belə icmaları yalnız məhkəmə yolu ilə ləğv etmək olar"

 

2000-ci ilə qədər Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bəzi dini icmaların hüquqi ünvanı şəxsi ev və qarajdır. Lakin komitə özü bunların qeydiyyatını ləğv edə bilmir.

Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

O bildirib ki, belə icmaları yalnız məhkəmə yolu ilə ləğv etmək olar: "Lakin bu halda da həmin icma sədri etiraz edə bilər ki, heç bir qanunsuzluq etməyib?"

G.İsmayılov təklif edib ki, belə halların qarşısını almaq üçün ya dini icmaların üzvləri özləri icmanı ləğv etdirməli, ya da qanunvericiliyə dəyişiklik edilməlidir.

Komitə rəsmisi bu məsələ ilə bağlı onlara hər hansı səlahiyyətin verilməsindən məmnun qala biləcəklərini də söyləyib.

G.İsmayılov əlavə edib ki, bəzən sənədlər düzgün tərtib edilmədiyindən komitə onları qeydiyyata ala bilmir. Bu da dini icmaların narazılığına səbəb olur.

O, din xadimlərinin də qanunvericiliyi bilməsini vacib sayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024