Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (1-05-2015, 10:58)
Mərci - həm dadlı, həm faydalı

Mərci qədim vaxtlardan insanların qidalanmasına daxil idi. Mərcini 
Babildə, Qədim Misirdə becərirdilər. Qazıntılar zamanı qədim şəhərlərdə 
arxeoloqlar qablarda mərci tapırdılar.
Mərci çox dəyərli qida məhsuludur. Mərcinin tərkibində asan mənimsənilən 
zülallar, karbohidratlar, qidalı liflər, əvəzolunmaz aminturşular, 
Omeqa-3 və Omeqa-6 yağ turşuları, beta-karotin, E, B qrupu vitaminləri 
(o cümlədən, fol turşusu), dəmir, sink, mis, maqnezium, fosfor və s. 
kimi vacib minerallar var.
Mərci zülallarla olduqca zəngindir. Lakin ətdə olan zülallarla 
müqayisədə bu zülallar daha asan və tez mənimsənilir.
Belə hesab olunur ki, becərmə zamanı mərcidə nitrat və radionukleidlər 
kimi ziyanlı maddələr yağılmır. Bu səbəbdən mərci ekoloji təmiz məhsul 
sayılır.
Təbii liflərlə zəngin olan mərci bağırsaqlar üçün çox faydalıdır. Mərci 
bağırsaqları əsaslı şəkildə təmizləyir, orada yığılan ziyanlı maddələrin 
xaric olunmasını sürətləndirir, qəbizlikdən azad olmağa kömək edir. 
Qədim zamanlarda mərci həliminin köməyi ilə qəbizlik müalicə edirdilər.
Mərcinin daim qəbulu düz bağırsaqda xərçəngin inkişafının qarşısını 
alır.
Mərci qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən həkimlər 
mərcini şəkərli diabet xəstələrinə tövsiyə edirlər.
Kalium elementi ilə zəngin olan mərci ürək-damar sistemi üçün çox 
faydalıdır, orqanizmin qanyaratma funksiyasına müsbət təsir edir.
Mərci B vitamini ilə zəngindir və bu səbəbdən sinir sisteminə çox müsbət 
təsir edir. Həmçinin mərci nadir triptofan amin turşusu ilə zəngindir. 
İnsan orqanizminə düşdükdə triptofan serotonin maddəsinə çevrilir. 
Serotonin sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir. Bundan 
əlavə serotonin depressiya və stresslə mübarizədə kömək edir, sinir 
sisteminin davamlılığını artırır.
Mərci insanda tez bir zamanda toxluq hissi yaradır, həmçinin mərci 
insanı uzun müddət ərzində tox saxlayır. Mərcinin bu xüsusiyyətləri 
arıqlamaq istəyən insanlar üçün çox önəmlidir.
Bütün bu faydalı xüsusiyyətlərlə yanaşı mərcinin "yanaşı təsiri" də var. 
Bəzi insanlarda mərci köpə və qarın ağrılarına səbəb olur.
Mənbə:Saglamolun.Az

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024