Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (21-11-2014, 11:50)
Faiq Ağayev: “Bəzən olur ki, həyat yoldaşı sevgili olmur“

Faiq Ağayev: “Kişi dostlarım daha çoxdur”

 

Mediatv.AZ xəbər verir ki, ailem.az-ın “O...” layihəsinin suallarını bu dəfə xalq artisti Faiq Ağayev cavablandırır.
 
 
- Evlilik, yoxsa subaylıq?
 
- Hansında xoşbəxtsənsə, o.
 
- Rəsmi, yoxsa vətəndaş nikahı?
 
- Könül vəhdəti... Hansında alınırsa, orda da olsun.
 
- Sevgili, yoxsa həyat yoldaşı?
 
- Sevgili. Çünki sevgili həyat yoldaşı ola bilər, amma bəzən olur ki, həyat yoldaşı sevgili olmur.
 
- Seks, yoxsa sevgi?
 
- Sevgi.
 
- “Cənab Qızıl Şlyager”, yoxsa Xalq artisti?
 
- Faiq Balağa oğlu Ağayev.
 
- Aygün Kazımova, yoxsa Natavan Həbibi?
 
- Hər ikisi keyfiyyətlidir. Amma mənim illərlə dostumdur deyə Aygün Kazımova deyəcəm.
 
- Flora Kərimova, yoxsa İlhamə Quliyeva?
 
- Hər ikisi.
 
- Hansı mahnınız sizi qismən ifadə edir?
 
- “Asdılar məni”.
 
- “Facebook” yoxsa “Instagram”?
 
- “Facebook”.
 
- Məşhur olmaq, yoxsa olmamaq?
 
- Olmaq.
 
- Azərbaycan, yoxsa başqa bir ölkə?
 
- Azərbaycan.
 
- Şərq, yoxsa Qərb?
 
- Yarısı ordan, yarısı burdan.
 
- Hansılarla daha yaxşı dost olursunuz: qadınlar, yoxsa kişilərlə?
 
- Həyat belə gətirib ki, kişi dostum daha çoxdur. Amma daha möhkəm qadın dostum var. 23 ildir dostluq edirəm.
 
- Qadında sevmədiyiniz 3 xüsusiyyət hansılardır?
 
- İfritəlik. Özünü cilovlamağı bacarmamaq.
 
- Kişi üçün ən çox hansı önəmlidir? Yaraşıq, intellekt?
 
- Etibarlı olmaq.
 
- Tamaşaçılar sizdə ən çox nəyi bəyənir?
 
- Aktyorluq qabiliyyətimi və danışıq tərzimi.
 
- Bəs ən çox nəyə irad tuturlar?
 
- Aktyor sənətini, musiqi dünyasını anlamayanlar rəqs etməyimi...
 
- Xoşbəxt olmaq üçün nə lazımdır?
 
- Bütöv olmaq.
 
- Sizi ən çox hansı sual bezdirir?
 
- “Bu dünyaya yenidən gəlsəydiniz...”
 
- “İndiki ağlım olsaydı...” - cümlənin davamını necə bitirərdiniz?
 
- 21 yaşımda xalq artisti olardım.
 
-  Sizi əvəz edəcək adam var?
 
- Əvəzolunmazlar yoxdur.
 
- 1990-cı illər, yoxsa 2000-ci illər?
 
- 2000-ci illər.
 
- Sizi ən dəqiq necə ifadə etmək olar?
 
- Aktyor-müğənni.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024