Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (7-03-2018, 21:02)
Şamaxıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir

Şamaxıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir

 

7 mart 2018-ci il tarixdə Şamaxıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qadınların şəninə təşkil olunmuş təntənəli bayram tədbiri keçirilmişdir.

100-ə yaxın Şamaxı xanımının iştirak etdiyi tədbiri rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev açaraq bayram münasibətilə xanımları təbrik etmiş, cəmiyyətdə və ailədə qadınların rolundan danışmış, onların ictimai həyata, ailəyə mənəvi dayaq olduqlarını söyləmişdir. Vurğulamışdır ki,  Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Bu gün Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır.

Çıxışlarda qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmalarının, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi vacib bir rəhbəri vəzifədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın olmasının ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən ehtiramın, diqqətin və inamın bariz nümunəsi olduğu qeyd olunmuşdur.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Könül Abdurahmanovaya medal təqdim olunmuşdur.

Bədii hissə ilə davam edən bayram tədbirində tanınmış incəsənət ustalarının ifasında səslənmiş muğamlar, xalq mahnıları tədbir iştirakçılarına xüsusi ovqat bəxş etmişdir.

Tədbir birlik rəmzi olan “Yallı” rəqsi ilə yekunlaşmışdır.

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024