Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (17-09-2015, 22:54)
Lənkəran teatrı Tehran şəhər teatrı ilə əməkdaşlığa başlayıb

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 125-ci mövsümünə başlayıb.  APA-nın cənub bürosunun məlumatına görə, sentyabrın 17-də bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, quruluşçu rejissor Adil Zeynalov və aktrisa Şahrud Mehdiyeva çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrindən danışıblar.

 

Bildirilib ki, 2015-ci ildə Lənkəran teatrının həyatında ən əlamətdar hadisə onun aparıcı teatr statusu alması olub. Belə ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə iyun ayının 1-dən kollektivdə çalışan işçilərin əmək haqqı 25 faiz artırılıb.

 

Hazırda teatrda əməkdar artist Təvəkkül Əliyevin quruluşunda uşaqlar üçün paralel olaraq iki səhnə əsərinin – “Göyçək Fatma” və Şarl Perronun “Qırmızı papaq” nağıl-tamaşalarının məşqləri gedir.

 

Lənkəran teatrı İran İslam Respublikasının Tehran şəhər teatrı ilə əməkdaşlığa başlayıb. Tehrandan dəvət olunmuş rejissor Xeyrulla Tağıpur Lənkəran səhnəsində fars dramaturqu Bəhram Bizayinin “İlan Sultan” əsərini tamaşaya hazırlayır. Bu tamaşa qarşılıqlı surətdə həm İranda, həm də Lənkəranda oynanılmaqla yanaşı, həmçinin gələn il Tehran şəhərində keçiriləcək Beynəlxalq Fəcr Festivalında təqdim olunacaq.

 

Payız aylarında isə teatrın baş rejissoru Tural Mustafayevin quruluşunda Kamal Abdullanın “Unutmağa kimsə yox” əsərinin məşqlərinə başlanılacaq.

 

Tədbirdə səmərəli səhnə fəaliyyətinə görə teatrın aparıcı aktrisası Aynur Əhmədovaya Fəxri Fərman təqdim olunub.

 

Aşılış mərasimindən sonra Əməkdar artist Adil Zeynalovun rus dramaturqu Lev Korsunskinin “Kələkbaz”  komediyası əsasında  quruluş verdiyi yeni tamaşa sənətsevərlərə təqdim  olunub. .  

 

Tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovundur. Əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Sayad Əliyev, Allahverən Babayev, Miraslan Ağayev, Zemfira Əhmədova, Qızılgül Quliyeva və Təranə Əzizova ifa ediblər.                                                          

 

 
 
 
 
 
 
 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024