Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (10-11-2018, 18:09)
Samir Şərifov əcəba, düzmü buyurdu?

2019-cu ilin büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov Azərbaycanda təhsil kreditlərinin tətbiq edilməsi üzrə effektiv mexanizmin hələ də tapılmadığını və bankların da bu növ kreditlərə maraq göstərmədiyini deyib: “Dövlət müdaxilə etsə belə, biz əvvəlcədən etiraf etməliyik ki, bu kreditlər geri qaytarılmayacaq”.

Nazirin açıqlaması başadüşüləndir. Çünki dövlət sifarişi üzrə ali təhsil alan tələblərin sonda işsiz qalmaq riskinin kifayət qədər yüksək olduğu hamıya yaxşı məlumdur. Əgər məzun işlə təmin olunmursa, kreditin qaytarılma yolları bəri başdan qapadılır. Bunu cənab Şərifov da gözəl bilir və söhbət universitetlərə güvüənib-güvənməməkdən yox, əmək bazarının real durumundan gedir.

Ona görə də təhsil kreditinin mahiyyəti düzgün izah olunmalı və bu prosesə reytinqli banklar, fondlar cəlb olunmalıdır. Yox, əgər bu məsələ də dövlət büdcəsinin üzərinə qoyulacaqsa və həmin kreditlərin qaytarılması sual altındadırsa, o zaman tələbə kreditlərinin adı “təhsil müavinətləri” qoyulmalıdır.

Ortada yaxşı bir nümunə də var. Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna aid gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizələrin qəbuluna başlayıb. Bu iş daha da genişləndirilməlidir, çünki, 2019-cu il üçün Fondun büdcəsi 3 dəfə artırılıb. Proses şəfaf aparılacaqsa, xeyli aztəminatlı təbəqəyə məxsus gənclərin ödəniş problemi həllini tapacaq.

Ən başlıcası isə ali və orta ixtisas məktəblərində ödənişlərin həcminə yenidən baxılması məsələsi aktuallaşır. Orta aylıq əmək haqqının 525 manat olduğu ölkədə illik təhsil haqqı 4500-6000 manat ola bilməz. Bu absurddur.
Qadir İbrahimli \\istiqlal.az\\
 шаблоны для dle 11.2

Xəbər lenti
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018

{sape_links}{sape_article}